Bu ali məktəbin tələbələri dövlət müəssisələrində işlə təmin olunacaq

Bu ali məktəbin tələbələri dövlət müəssisələrində işlə təmin olunacaqAzərbaycan Tibb Universitetində təhsil alan III, IV, V və VI kurs tələbələrinin TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə orta tibb işçisi kimi cəlb olunacaq.
Bu barədə azxeber.com-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs (TƏBİB) və Azərbaycan Tibb Universiteti (ATU) arasında birgə əməkdaşlığa başlanılıb.
Əməkdaşlıq çərçivəsində ölkədə kadr hazırlığı prosesinə dəstək, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində kadr çatışmazlığının aradan qaldırılması və tələbələrin iş mühiti ilə tanışlığına şərait yaratmaq kimi məsələlər nəzərdə tutulub.
Bu gün TƏBİB-in tabeliyindəki "Yeni klinika" tibb müəssisəsində Azərbaycan Tibb Universitetində təhsil alan III, IV, V və VI kurs tələbələrinin TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə orta tibb işçisi kimi cəlb olunmaları ilə bağlı görüş keçirilib.
Açılış nitqi ilə çıxış edən TƏBİB-in İnsan resursları departamentinin rəhbəri Günəş Qədimova ilk olaraq iştirakçıları salamlayıb və TƏBİB haqqında ətraflı məlumat verib.
O, vətəndaşların sağlamlığının qorunması, tibbi xidmətə əlçatanlığının təmin edilməsi, dövlət tibb müəssisələrində xidmət standartlarının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görüldüyünü qeyd edib:
"Tibb müəssisələrinin yüksək standartlara cavab verən avadanlıqlarla təmin edilməsi, tibb işçilərinin rifahlarının yaxşılaşdırılması, yeni xəstəxanaların inşa edilməsi yönündə ölkə rəhbərliyi tərəfindən atılan addımlar bizi müasir tibbi çağırışlara daha tez adaptasiya olmağa sövq edir".
TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov TƏBİB-in fəaliyyəti ilə bağlı iştirakçılara geniş məlumat verib və müəyyən olunan hədəflərdən, görüləcək işlərdən danışıb.
A.Nəsirov bildirib ki, cari ilin ötən müddəti ərzində TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə 12 min 440 işçi işə qəbul olunub:
"Tibb müəssisələrində çalışan işçilərin sayı 97 min 215 nəfərdir. Onların 16 min 381 nəfəri həkim, 38 min 949 nəfəri orta tibb işçisi, 22 min 608 nəfəri kiçik tibb işçisidir".
Çıxış edən TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov tabeli tibb müəssisələrində tibbi xidmətin keyfiyyətinin artırılması üçün görüləcək işlər barədə məlumat verib.
A.İsrafilov TƏBİB və ATU arasında baş tutacaq əməkdaşlığı ölkə səhiyyəsinin daha da inkişaf etdirilməsi adına olduqca mühüm və əhəmiyyətli hadisə kimi qiymətləndirib.
Daha sonra çıxış edən ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru Sabir Əliyev universitetində təhsil alan III, IV, V və VI kurs tələbələrinin TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə orta tibb işçisi kimi cəlb olunmaları istiqamətində görüləcək işləri yüksək qiymətləndirib.
Prorektor bildirib ki, tələbələrin hələ təhsil aldıqları müddətdə işlə təminatı və əmək mühiti ilə tanış olması onların gələcək karyeralarında mühüm rol oynayacaq.
TƏBİB-in tabeli tibb müəssisələrinin rəhbərləri də işin təşkili barədə iştirakçılara geniş məlumat verib.
Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.

Sosial       Tarix: 28 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən görüntülər cəbhədən görüntüleri sonxeber apa.az xeberler