"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. 
Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalara ciddi ziyan dəydiyi bildirilir.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova bildirib ki, qayaların üzərinə yazılan bu cür yazıların təmizlənməsi heç də asan proses deyil. Əksinə, müdaxilə zamanı qayalara ciddi zərər dəyir. 
Məsələ bir daha tarixi və mədəni əhəmiyyət daşıyan abidələrin qorunmasının vacibliyini gündəmə gətirir. Turistlərin ziyarət etdiyi məkanlarda qayalara, tarixi tikililərə və digər qorunan obyektlərə yazı yazılması həmin abidələrin ilkin görünüşünün pozulmasına səbəb olur.
Qeyd edək ki, buna bənzər hal daha əvvəl Bakıda da baş verib. Aprelin 1-dən 2-nə keçən gecə paytaxtdakı tarixi Nizami Kino Mərkəzinin binasının fasadına boya ilə qraffiti çəkilib. Dövlət tərəfindən qorunan abidəyə vurulan ziyanla bağlı araşdırma aparılıb. 
Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən yayılan məlumatda bildirilib ki, görülən tədbirlər nəticəsində vandalizm aktının nəticələri qısa müddətdə aradan qaldırılıb və binanın ilkin görünüşü bərpa olunub.
Hadisə ilə əlaqədar qraffiti tipli təsvirlər çəkən 20 yaşlı A.S., 16 yaşlı L.M., 16 yaşlı Ş.Q. və 17 yaşlı M.B. saxlanılıb. Onlarla valideynlərinin iştirakı ilə aidiyyəti polis idarəsində profilaktik iş aparılıb.
Hər iki hadisə tarixi və mədəni irs nümunələrinə qarşı bu cür müdaxilələrin onların görünüşünə və qorunmasına mənfi təsir göstərdiyini göstərir.
Memar Muxtar Ərturun azxeber.com-a açıqlamasında deyib ki, tarixi səth adi divar deyil:
"Tarixi abidələrin, qayaların və memarlıq nümunələrinin üzərinə ad, tarix və müxtəlif ifadələrin yazılması ilk növbədə tarixi irsə münasibət mədəniyyətinin yetərincə formalaşmamasından irəli gəlir. Bəzi gənclər bunu sadəcə bir yazı və ya xatirə kimi qəbul edə bilərlər, amma tarixi səth üzərində edilən belə müdaxilənin nəticəsinin nə qədər ciddi olduğunu dərk etmirlər. Burada çox vacib bir məqam var: tarixi səth adi divar deyil. Daşın üzərindəki yazını sonradan silmək mümkündür, amma təmizləmə zamanı daşın təbii səthi, patinası və fakturası zədələnə bilər. Yəni yazı yox olur, onun izi və vurduğu zərər isə qala bilir. Cıdır düzü kimi tarixi və mədəni əhəmiyyət daşıyan ərazilərdə buna xüsusilə həssas yanaşılmalıdır".
O qeyd edib ki, problemin həlli  cərimə tətbiq etməkdən ibarət olmamalıdır:
"Məncə, problemin həlli yalnız cərimə tətbiq etməkdən ibarət olmamalıdır. Maarifləndirmə, preventiv nəzarət və məsuliyyət paralel işləməlidir. Məktəbdən başlayaraq gənclərə tarixi irsin niyə qorunduğunu anlatmalıyıq. Turistik və tarixi ərazilərdə də aydın xəbərdarlıqlar və nəzarət mexanizmləri olmalıdır.
Şuşa bizim üçün xüsusilə həssas məsələdir. Biz bu şəhərin tarixi irsinin qorunması üçün böyük işlər görürüksə, həmin irsi ziyarət edən insanın da üzərinə məsuliyyət düşür.
Tarixi abidənin üzərinə öz adımızı yazmaqla tarixdə qalmırıq. Əksinə, bizdən əvvəlki nəsillərin bizə çatdırdığı tarixin üzərində iz qoyuruq. Tarixi irsi sevməyin ən düzgün yolu ona toxunmadan gələcək nəslə ötürməkdir. "Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir".
Şahanə Ziyad

Sosial       Tarix: 04 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Stresə qarşı ən yaxşı vasitə açıqlandı

Sakitləşdirici fortepiano melodiyaları stresdən sonra orqanizmin bərpasına yağış, çay və şəlalə səslərindən daha tez kömək edə bilər. Bu musiqi əhvali-ruhiyyəni yaxşılaşdırır, ürək döyüntülərinin tezliyini və tərləməni azaldır

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əkbər Akif oğlu Novruzovun idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gəncə prospektində Emil Amil oğlu İsgəndərovun sükanı arxasında olduğu minik avtomobili toqquşub

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb. Bildirilir ki, hazırda bölgələrdə kən

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Teleqramda bu da mümkün olacaq

Teleqram fərdi tövsiyələri özündə əks etdirən xəbər lenti əlavə edə bilər. Messencerin macOS üçün nəzərdə tutulmuş beta versiyasının kodunda bu yeni funksionallıqla bağlı izlərə rast gəlinib. Lent iki bölməyə ayrılacaq: "Əlav

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində qaçaqmal aşkar olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən -a verilən məlumata görə, DSX Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahid

Azərbaycanın 9 ayda Ermənistana ixracının dəyəri

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Ermənistana 23 milyon 450.07 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. KONKRET.azxəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, bu göstəric

Bu hərbçilər cərimələnəcək – Hüquqşünasdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda hərbi qulluqçuların hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsinə görə inzibati məsuliyyət qaydalarının dəyişdirilməsi təklif olunur. Təklifə əsasən, hərbi hissəni özbaşına tər

"Türkiyə şirkətlərinə Azərbaycanda geniş imkanlar yaradılıb" – Eldəniz Əmirov

Qardaşlar arasında söz-söhbət də olar, narazılıq da. Amma qardaş elə qardaşdır. Bu birincisi. İkincisi isə heç biz də pis qardaş deyilik. Biz qardaşlığı ən yaxşı yerinə yetiririk. İnanmayan ardını oxusun. Azərbaycan öz cibində


yeni xeberler azerbaycan xeberleri son xeberler havanın temperaturu xəbər son xeberler bugun 2026 muharibe sou biznes