Bu Avropa ölkəsində ordu döyüş hazırlığı vəziyyətinə GƏTİRİLDİ
Serbiya Silahlı Qüvvələri Ali Baş Komandanı, Prezident Aleksandar Vuçiç ordunun ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsini əmr edib.
KONKRET.azxəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Miloş Vuçeviç "Tanyuq" agentliyinə bildirib.
Onun sözlərinə görə, dövlət başçısı Kosovo və Metoxiyadakı vəziyyətə görə bu əmri verib.
Qeyd edək ki, bir müddət öncə Kosovo keçmiş serb polisi Deyan Pantiçi "Yarinye" nəzarət-keçid məntəqəsində saxlayıb. Buna cavab olaraq serb əhalisi keçid məntəqəsinin yaxınlığındakı bir neçə magistral yolu barrikadalarla bağlayıb və etiraz aksiyasına çıxıb. Avropa İttifaqının Kosovodakı missiyası, həmçinin NATO-nun Kosovo və Metoxiyadakı Beynəlxalq Missiyanın əməkdaşları barrikadaların olduğu əraziyə cəlb olunub.
İqbal Rzayev,
KONKRET.az

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO