Bu avtobuslar çimərliklərə qədər gedəcək - Siyahı

Bu avtobuslar çimərliklərə qədər gedəcək - SiyahıBakı Şəhər İcra Hakimiyyəti başçısının Bakı şəhər çimərliklərində əhalinin yay istirahətinin təşkili haqqında müvafiq sərəncamı nəzərə alınaraq 2022-ci il yay mövsümündə şəhər sakinlərinin bağlara və çimərliklərə gediş-gəlişinin təmin edilməsi məqsədilə 15.06.2022-ci il tarixindən qeyd edilən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemlərində dəyişikliklər ediləcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Türkan" çimərliyinədək təşkil ediləcək;
107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Buzovna" çimərliyinədək təşkil ediləcək;
146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Şüvəlan" çimərliyinədək təşkil ediləcək;
171 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Sea Breeze" istirahət mərkəzinədək təşkil ediləcək;
172 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Bilgəh" bağlarınadək təşkil ediləcək;
179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Pirşağı" çimərliyinədək təşkil ediləcək;
180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Zirə" çimərliyinədək təşkil ediləcək;
182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Mərdəkan" çimərliyinədək təşkil ediləcək.
Eyni zamanda yay mövsümündə vətəndaşların Koroğlu NMM-dən Mərdəkan çimərliyinədək (Şüvəlan - Buzovna yolu) ictimai nəqliyyatla birbaşa gedişinin təmin edilməsi üçün M10 nömrəli mövsümi ekspres marşrut xəttinin fəaliyyəti bərpa edilir.
Başlanğıc dayanacaq məntəqəsi "Koroğlu" NMM olmaqla, Şüvəlan - Mərdəkan çimərliyi (Şüvəlan - Buzovna yolu) istiqamətində əvvəlcədən müəyyən edilmiş dayanacaqlarda dayanmaqla vətəndaşlara xidmət göstərəcək. Marşrutun gediş tarifi 0,50 AZN müəyyən edilib.
M10 xəttinin istifadəyə verilməsi ilə Mərdəkan, Şağan, Binə və Yeni Suraxanı qəsəbələri istiqamətindəki digər yaşayış sahələrinin "Koroğlu" NMM-lə daha yaxşı əlaqələndirilməsi təmin olunacaq. Bu xətt üzrə bir istiqamətdə 13 dayanacaq məntəqəsi müəyyən edilib ki, bunlar da zəruri hesab edilən əsas cəlbetmə məntəqələridir.

Sosial       Tarix: 15 iyun 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbərlər bugun xeberler cəbhədən son durum xeber saytlari