"Bu, dünya üçün ciddi bir çağırışdır" – Hansı məhsulların qıtlığı yarana bilər? – ÖZƏL AÇIQLAMA

Rusiya və Ukrayna arasında davam edən müharibə artıq bu ölkələr tərəfindən dünyaya ixrac edilən bəzi mal və məhsulların qıtlığına səbəb olub. Belə ki, dünyada xüsusən taxılın, günəbaxan və qarğıdalı yağının qıtlığı ilə yanaşı, bu məhsulların qiymətinin artımı da müşahidə olunur. Mövcud vəziyyət Azərbaycan bazarına da təsirsiz ötüşmür.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, dünyada qiymətlər sürətlə artır: "Çünki taxıl məhsullarının, əsasəndə arpanın və buğdanın qiyməti müharibə başlayandan bəri yenidən 18 faizədək yüksəlib. Bu, kifayət qədər ciddi artımdır və fiziki çatışmazlıqla bağlıdır. Çünki, həm Ukrayna  həm də Rusiya ciddi taxıl ixracatçılarıdır. Burada Rusiyanın daxili bazarı qorumaq üçün taxıl ixracına qoyduğu qadağadan da danışmaq lazımdır. Bir neçə gün bundan öncə Rusiya daxili bazarı qorumaq, əhalinin taxıla olan təlabatını tam ödəmək üçün ixraca qadağalar tətbiq etdi. Bunun özü də ciddi problemdir. Çünki məsələ təkcə Rusiyaya qarşı sanksiyalarla əlaqəli deyil, burada həm də daxili bazarı qorumaq üçün qoyulan  qadağalar da rol oynayır. Bunun dünya iqtisadiyyatı üçün ciddi fəsadları ola bilər. Yeri gəlmişkən Şimali Amerikada Kanada ən böyük taxıl ixracatçısıdır. Orada da qiymətlər  bir həftədə 280 dollardan, 400 dollara qədər artıb. Bu da ciddi bahalaşmaya səbəb olan amildir. Bitki yağlarına gəldikdə isə, burada vəziyyət daha da çətindir. Çünki, dünya bazarında günəbaxan və qarğıdalı yağlarının 60 faizi Ukrayna və Rusiyanın payına düşür. Bu da bazarın yarıdan çoxu deməkdir və çox ciddi bir rəqəmdir. Eləcə də dünya bazarında bitki yağlarının qiymətinin kəskin artmasına səbəb ola biləcək bir məsələdir. Çünki, Ukraynanın işğala məruz qalan bir ölkə kimi kommunikasiyaları dağıdılıb, istehsal sahələri dayanıb və bu da ixrac prosesinin dayanmasına səbəb olub. Bu, Ukraynanın fiziki olaraq bitki yağı bazarından çıxması anlamına gəlir. Rusiya isə daxili bazarda qıtlığın qabağını almaq üçün bitki yağlarının ixracatına məhdudiyyətlər qoyub, ancaq tam qadağan etməyib. Bunun özüdə bitki yağları bazarında qıtlığa səbəb olan amillərdən birinə çevriləcək. Əgər müharibə uzun zaman davam edəcəksə qiymət artımı tempi yüksələcək. Növbəti aylarda daha da kəskinləşərsə və çıxış yolu tapmaq mümkünsüz olarsa, o zaman qıtlıqda yarana bilər".
Ekspertin sözlərinə görə, belə davam edəcəksə bəzi ökələrdə günəbaxan və qarğıdalı yetişdirməyə, eləcə də bitki yağının istehsalını artırmağa çalışacaqlar: "Azərbaycana gəldikdə isə biz Rusiyadan daha çox ərzaq məhsulları və tikinti materialları alırıq. Daxili bazrda tikinti məhsullarının qiymətlərində artım ola bilər. Eləcə də dünya bazarında əsasən taxta-şalbanın qiymətində ciddi artım müşahidə olunur və bu da tikinti sektoruna əlavə yük gətirir. Tikintinin özünun maya dəyərinin artmasına və qiymətlərin bahalaşmasına səbəb olan amillərdən biri də budur. Ümumiyyətlə infilyasiyanın sürətlənməsi dünyada artıq problemə çevrilib. Çünki yanacağın və neftin qiymətinin bahalaşması, təbii qazın dəyərinin artması dünyada infilyasiyanı yüksəldir. Bu gün Avropa Birliyi ölkələri və Amerikada son 30-40 ildə görülməyən infilyasiya qeydə alınır. Bu özü də dünya üçün ciddi bir çağırışdır".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Sosial       Tarix: 14 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bugun hava durumu krimnal bugun xeberler bu qun