Magistraturaya qəbul üçün keçirilən müsabiqənin nəticələri elan olunub
Ali təhsilin magistratura səviyyəsinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.
azxeber.com Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri Mərkəzin internet saytında yerləşdirib.
Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə ixtisaslaşma seçimi ərizəsi səhifəsindəki "7 rəqəmli kod"u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul olunanların siyahısı sabah günün ikinci yarısında "Magistr" jurnalının 5-ci sayında dərc olunacaq.
Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15555 bakalavrdan 13446 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 5798 nəfər dövlət sifarişi, 7648 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 9790 nəfər ali təhsil müəssisələrinin cari, 3656 nəfər isə əvvəlki illərin məzunudur.
Magistraturaya qəbul olmuş şəxslər 24 iyul – 1 avqust tarixlərində platformasında qeydiyyatdan keçərək yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlərdən "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı"nı seçməlidirlər.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

SENSASİYA: Trampla Netanyahu arasındakı "qara pişiyin" kimliyi BƏLLİ OLDU
"Ermənistan artıq hüquqi dövlət deyil" – Qarnik Danielyan
Qvardiola bu ölkəyə "yox" dedi
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
İlan sancması zamanı zəhərin özündən daha təhlükəli olan 5 səhv
Amnistiya Təşkilatı Netanyahunun həbsinə çağırdı
Şəmkirdə 12 yaşlı qız bıçaqlanıb öldürüldü
İpoteka, yoxsa daxili kredit? - Mənzil alarkən hansı seçim daha sərfəlidir?
Mərkəzi Bank qiymətli kağızların icarəyə verilməsi əməliyyatının tətbiqinə başlayıb
Azərbaycan banklarının sosial şəbəkələrdəki reytinqi: Kim öndədir, kim geridə? - SİYAHI
İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Dünyadan 48 işıq ili uzaqlıqda tarixi kəşf: Elm dünyasında mühüm irəliləyiş
Hakan Fidan Sibiqa ilə Qara dənizin təhlükəsizliyini müzakirə etdi
Elnur Kərimovu sancan ilan öldü, aktyorun vəziyyəti açıqlandı
Azərbaycan nefti 109 dolları keçdi