Bu futbolçu matçdan sonra ÖLDÜ
"Xan-Tenqri"nin 19 yaşlı hücumçusu Dias Tuleu Qazaxıstan Birinci Liqasının 25-ci turunda keçirilən oyundan sonra dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, klub ölüm xəbərini İnstaqram hesabında (Rusiyada qadağan edilmiş sosial şəbəkə; ekstremist təşkilat kimi tanınan və Rusiyada qadağan edilmiş Meta şirkətinə məxsusdur) elan edib.
Faciə, Almatıda Ekibastuzla 4:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatan oyunda baş verib. 62-ci dəqiqədə Tuleu özünü pis hiss edib, meydançada əyləşib və komanda yoldaşından ayaqlarını uzatmasını istəyib. Onun vəziyyəti pisləşib və onu xərəklə meydançadan çıxarıblar.
Daha sonra onun vəfat etdiyi açıqlanıb.
Xatırladaq ki, "Kayrat" gənclər akademiyasının yetirməsi olan Dias Tuleu 2024/2025 mövsümündə azad agent kimi "Xan-Tengri"yə keçib. O, bu mövsüm 25 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
Qazaxıstan Futbol Federasiyası mərhum futbolçunun ailəsinə başsağlığı verib. Təşkilat hadisənin səbəbləri ilə bağlı araşdırma aparacağını qeyd edib.
Dəniz Pənahova
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır