Bu gün imtahan var

Bu gün imtahan varBu gün doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən azxeber.com-a bildirilib ki, imtahanlarda ümumilikdə 2144 nəfərin iştirakı nəzərdə tutulur. Doktoranturaya qəbul imtahanına 1797 nəfər (1773 nəfər ingilis dili, 9 nəfər fransız dili, 15 nəfər alman dili), fəlsəfə doktoru imtahanına 344 nəfər (342 nəfər ingilis dili, 1 nəfər fransız dili, 1 nəfər alman dili) qeydiyyatdan keçib. Üç əcnəbi isə iyunun 23-də Azərbaycan dili üzrə imtahan verəcək.
İmtahanda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli, serebral iflic) 3 namizəd də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün binada xüsusi şərait yaradılıb və fərdi nəzarətçilər təyin edilib.
Bakı və Naxçıvan şəhərlərində keçiriləcək imtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.
İştirakçılar imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin əsli;
- İmtahana buraxılış vərəqəsi.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
İmtahan iştirakçıları 1 saat 30 dəqiqə ərzində onlara təqdim olunmuş 30 test tapşırığını cavablandırırlar. Bundan sonra onlara 15 dəqiqə fasilə verilir və sonra yazı blokunun vərəqləri təqdim olunur. Yazı bloku üçün də iştirakçılara 1 saat 30 dəqiqə vaxt verilir.
İmtahanların keçirilməsi üçün ümumilikdə 10 imtahan binası, 25 imtahan rəhbəri, 10 ümumi imtahan rəhbəri, 191 nəzarətçi, 27 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.
Qeyd 1. İyunun 22-də keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. Bu imtahanda iştirak etməyən şəxslər danışıq bloku üzrə imtahana buraxılmayacaqlar. Namizəd və iddiaçıların danışıq bloku üzrə qiymətləndirilməsi şifahi formada kompüter proqramı vasitəsilə iyulun 1-4-də həyata keçiriləcək. Danışıq bloku üzrə imtahanda iştirak etməyən şəxslər də ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, imtahandan keçmiş hesab olunmayacaqlar.
Qeyd 2. İmtahanda toplanıla biləcək maksimal bal 50-dir və imtahan iştirakçılarına (sual kitabçasında) təqdim olunan hər bir tapşırıq üzrə düzgün cavab bir balla qiymətləndirilir (maksimum 30 bal). Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Hər bir yazı işi (vizual məlumatın təsviri və esse) ayrı-ayrılıqda 10 ballıq şkala üzrə qiymətləndirilir. Yazı bloku üzrə maksimal bal 10-dur və ümumi balın hesablanması aşağıdakı kimi aparılır.
Danışıq bloku üzrə də toplanıla biləcək maksimal bal 10-dur. Xarici dil üzrə qəbul imtahanında bloklar üzrə müvafiq bal məhdudiyyəti (2 bal) nəzərə alınmaqla keçid balını (25 bal) toplamış namizədlər fəlsəfə, sonra isə ixtisas fənnindən imtahana buraxılırlar. Qəbul imtahanında 30 və daha çox bal toplayan namizədlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.
Xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul almaq üçün tələb olunan minimal bal 30-dur (bloklar üzrə 2 bal məhdudiyyəti nəzərə alınmaqla).
Qeyd 3. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı bütün bloklar üzrə iyunun 23-də keçiriləcək.

Sosial       Tarix: 22 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

Soyuq havalarda niyə yuxumuz daha çox gəlir? – Çoxlarının bilmədiyi səbəb

Havalar soyuduqca səhərlər yataqdan qalxmaq çətinləşir, gün ərzində isə insanda yuxululuq və halsızlıq hissi arta bilir. Xüsusilə qış aylarında "nə qədər yatsam da, yenə yuxum gəlir" deyənlərin sayı artır. xəbə

Bakıda 3 poliklinika birləşdirilir – Rəsmi

Bakıda fəaliyyət göstərən üç tibb müəssisəsi birləşdirilir. Teleqraf-a istinadla xəbər verir ki, TƏBİB-in tabeliyindəki 9, 21 və 27 saylı poliklinikaları vahid müəssisə kimi fəaliyyətini davam etdirəcək. Faktı TƏBİB təsdi

Gürcüstandan Azərbaycana göndərilən pulların həcmi açıqlandı

Gürcüstandan Azərbaycana pul köçürmələri iyul ayında 7 milyon dollara çatıb. xəbər verir ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 12,4% çoxdur. Gürcüstandan Azərbaycana yönələn pul köçürmələrinin həcmi əks istiqamətd

Qadınla 17 yaşlı oğlu bıçaqlandı - Şübhəli əridir

Ağdaşda ana-oğul bıçaqlanıb. xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Aygün Əhmədovaya və oğlu 17 yaşlı F.Əhmədova bıçaq xəsarəti yetirilib. Hadisəni törətməkdə Aygün Əhmədovanın həyat yoldaşı 1967-c

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Avqustun 23-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, Abşeron yarımadasında cənub-şərq küləklərinin üstünlüyü, havada rütubətliyi

İlk 10 dəqiqədə...' - Şagird yerdəyişmə sistemi buna görə çökübmüş

MÜTDA şagird yerdəyişməsi sistemindəki vəziyyətə aydınlıq gətirib. xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektronun müdiri Zenfira Sevdimalıyeva eyni anda çoxsaylı müraciətləri

ABŞ-yə köçmək istəyənlərə şad xəbər: Qadağa ləğv edildi

ABŞ Federal Məhkəməsi Vaşinqton administrasiyasının Azərbaycan, Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan və Moldova da daxil olmaqla 75 ölkədən olan müraciət edənlərə immiqrant vizalarını

FHN: Ötən həftə 6 nəfərin meyiti tapılıb

Azərbaycanda ötən həftə ərzində 682 yanğına çıxış, 28 halda köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. xəbər verir ki, bu barədə Fövqəladə Halla

Azərbaycanda ilk: kriptovalyuta dövlət nəfinə müsadirə edildi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həbs etdiyi B.H.R. və İ.R.F. barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. xəbər verir ki, müvafiq proses təcrübədə ilk dəfə kriptovalyutanın dövlət nəfinə müsadirə edilməs


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber cebheden xeber xeber.az bu gun cəbhədən son dəqiqə