Qızılın qiyməti son üç ayın ən yüksək səviyyəsinə yüksəlib
Dünya bazarında qızılın qiyməti son üç ayın ən yüksək səviyyəsinə yüksəlib.
Bakı vaxtı ilə saat 10:05-də "Comex"də qızılın dekabr fyuçerslərinin qiyməti 0,42% və ya 19,6 dollar artaraq bir unsiya üçün 4 700,2 ABŞ dollarına çatıb.
Qızılın spot qiyməti isə 0,99% və ya 45,67 dollar bahalaşaraq 4 648,74 dollar təşkil edib.
Qiymətli metal təkcə ötən həftə ərzində isə 5%-dən çox bahalaşıb.
Analitiklərə görə, qızılın bahalaşmasına ABŞ dollarının zəifləməsi əsas dəstək verib. Dollar ABŞ Xəzinədarlığının uzunmüddətli istiqrazların geri alışını artırmaq planları fonunda çoxaylıq minimumlara yaxınlaşıb. Bazar iştirakçıları eyni zamanda ABŞ-da açıqlanacaq inflyasiya göstəricilərini və Federal Ehtiyat Sisteminin sədri Kevin Uorşun Cekson-Houlda gözlənilən çıxışını izləyirlər. ABŞ-İran münasibətlərində gərginliyin artması da təhlükəsiz aktiv kimi qızıla tələbi dəstəkləyir.
///apa.az/// / azxeber.com

Harri Keyn əməliyyat olundu - Foto
İranda zəlzələ oldu: Naxçıvanda hiss edildi
Vyetnamın 2020-ci ildəki dəstəyinə görə minnətdarıq - İlham Əliyev
Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər
İlham Əliyev Livan prezidentini təbrik etdi
Zaxarova: BMT-də islahatlar təşkilatın bütün sahələrini əhatə etməlidir
"Neftçi" liderliyə yüksəldi - "Qarabağ" "Kəpəz"ə qarşı
Azərbaycanda beşinci sinif şagirdi vəfat etdi
Gürcüstanda surroqat analıq qadağan edilir
Payızda immuniteti zəiflədən amillər – Özünüzü necə qorumalısınız?
Avtobus və taksi qiymətləri yenidən artacaq? - Rekord göstərici
Qurban Qurbanov: "Gəncədə özümüzü Avropa stadionundakı kimi hiss edirdik"
Prezident İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul etdi
Yalçın Babayev işdən azad edildi
Azərbaycanda ən yüksək maaş verilən şəhər və rayonlar - SİYAHI