Bu gün "Qarabağ" - "Neftçi" oyunu var
Misli Premyer Liqasının XXXI turunda bu gün "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək.
KONKRET.az xəbər verir ki, saat 20:00-da başlayacaq oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matçı Elçin Məsiyev idarə edəcək.
Cari mövsümün başa çatmasına 6 tur qalmış Ağdam təmsilçisi 73 xalla turnir cədvəlinə başçılıq edir. 35 xala malik "Neftçi" isə altıncıdır.
Günün daha bir oyununda isə "Sabah" "Səbail"lə qarşılaşacaq. "Bank Respublika Arena"da baş tutacaq görüş saat 17:30-da başlayacaq.
Turnir cədvəlində "Sabah" 36 xalla beşinci sırada yer alıb. "Səbail" isə 20 xalla sonuncu – onuncu pillədə qərarlaşıb.
Misli Premyer Liqası
IV dövrə, XXXI tur
19 aprel
17:30. "Sabah" – "Səbail"
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
"Bank Respublika Arena"
20:00. "Qarabağ" – "Neftçi"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: Kamal Umudlu.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Ömər Paşayev.
Tofiq Bəhramov adına Respublika stadionu
Turlar.az [newsid: 0-123300]

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək