Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir

Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidirBu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.
azxeber.com xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.
1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Mərkəzi Komitənin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranan kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın sədri seçilib.
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.
Azərbaycanın Ümummilli Lideri, Prezident Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri Xiyabanda dəfn olunub.
Heydər Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülüb, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilib.
Prezident İlham Əliyev 2022-ci ilin sentyabrın 29-da "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" sərəncam imzalayıb. Dövlət başçısının 2022-ci ilin noyabrın 28-də imzaladığı digər sərəncamı ilə "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiqlənib. Tədbirlər Planına uyğun olaraq, ölkəmizdə və xaricə Ulu Öndərin anadan olmasının 100 illiyi əlaqədar müxtəlif tədbirlər keçirilir. Həmin tədbirlər ilin sonunadək davam edəcək.

Sosial       Tarix: 10 may 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycanda bu həftə 4 gün iş olacaq. xəbər verir ki, buna səbəb 26 İyun – Silahlı Qüvvələr Gününün cümə gününə təsadüf etməsidir. Silahlı Qüvvələr Günü qeyri-iş günü hesab edilir. Bundan əlavə, iyunun 27-28-i şənbə-baza

Yeni tikilmiş binalarda ev alanları gözləyən sürpriz

Yeni tikililərdən mənzil alan vətəndaşların bir hissəsi sonradan müxtəlif problemlərlə üzləşdiklərini bildirirlər. Bu problemlər tikintinin keyfiyyətindən tutmuş sənədləşmə, layihə dəyişiklikləri, parking çatışmazlığı v

Aclığı saatlarla unutduran 3 qida - Dietoloqlar sirri açdı

Mütəxəssislər uzun müddət toxluq hissi yaradaraq gün ərzində artıq qida qəbulunun qarşısını alan qidaların siyahısını açıqlayıblar. -a istinadən xəbər verir ki, araşdırmalara görə, zülal və liflə zəngin qidalar aclıq hissin

Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib

Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib. "Report"a istinadən xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçü

Bu şəxslər sürücülük vəsiqəsini iki ildən bir yeniləməlidir - Açıqlama

Bir sıra ölkələrdə sürücülük vəsiqələrinin etibarlılıq müddəti ilə bağlı müxtəlif yanaşmalar tətbiq olunur. Bu isə zaman-zaman Azərbaycanda da sürücülük vəsiqələrinin ömürlük verilməsi məsələsini gündəmə gətirir. Bəs gələcəkd

Dünya bu tarixdə tam qaranlığa qərq olacaq

Avropa sakinləri son onilliklərin ən möhtəşəm astronomik hadisələrindən birinə hazırlaşırlar. Artıq bu ilin yayında – 12 avqust 2026-cı il tarixində son 27 ildə ilk dəfə tam günəş tutulmasını izləmək mümkün olacaq. "Startlap"

Bakıda su problemi̇ - Məhdudiyyətin səbəbi̇ açiqlandi

Bakının Yasamal, Suraxanı, Sabunçu, Nizami rayonlarında sakinlər bir neçə gündür su təchizatında problemlə üzləşdiklərini bildirirlər. xəbər verir ki, məsələ ilə bağlı -ın sorğusunu cavablandıran İri Şəhərlərin Birləşmi

30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama

Evlərin sığortalanması mövzusu aktual olsa da, bir çox insanlar bu imkanlardan istifadə etmir. Bunun əsas səbəbləri arasında məlumat azlığı, əlavə xərc kimi qəbul edilməsi və risklərin düzgün qiymətləndirilməməsi göstərilir

Gömrük rüsumlarından azad edilən malların əhatə dairəsi genişlənir

Gömrük rüsumlarından azad edlən malların əhatə dairəsi genişlənir. xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Gömrük tarifi haqqında"


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bu gun maşın realiti şou son xabarlar bugun xeberler