Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ

Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQŞimali Koreya lideri Kim Çen İnin səhhəti və hakimiyyətin gələcəyi ilə bağlı yayılan məlumatlar beynəlxalq diqqəti yenidən bu ölkəyə yönəldib. Belə bir vəziyyətin təsdiqlənəcəyi təqdirdə, Şimali Koreyada siyasi hakimiyyətin ötürülməsi, ölkənin gələcək idarəçilik modeli və Koreya yarımadasındakı təhlükəsizlik məsələləri gündəmə gəlir
Bəs liderin vəfatı Şimali Koreyanın gələcəyinə necə təsir göstərə, regionda hansı dəyişikliklərə səbəb ola bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Taleh Əliyev bildirib ki, Kim Çen İnin səhhətində problemlərin yaranması və uzun müddət ictimaiyyət qarşısında görünməməsi ilə bağlı oxşar hallar əvvəllər də müzakirə olunub. Onun sözlərinə görə, hazırda yayılan məlumatların doğruluğu və rəsmi təsdiqi gözlənilməlidir.
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ"Kim Çen İnin vəfatı təsdiqlənərsə, Şimali Koreyada hakimiyyət dəyişikliyi ciddi siyasi nəticələrə səbəb ola bilər. Ölkədə mövcud idarəçilik sistemi Kim Çen İnin babası Kim İr Senin dövründə formalaşıb, daha sonra isə atası Kim Çen İr tərəfindən davam etdirilib. Bu səbəbdən hakimiyyətin növbəti dəfə ötürülməsi sistemin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır".
Taleh Əliyevin sözlərinə görə, Kim Çen İnin mümkün varisləri sırasında onun bacısı Kim Yo Çjonun və azyaşlı qızının adının hallanması hakimiyyətin gələcək taleyi ilə bağlı suallar yaradır. Politoloq hesab edir ki, regionda mürəkkəb geosiyasi vəziyyətin hökm sürdüyü bir vaxtda belə bir keçid prosesi ölkə daxilində və beynəlxalq münasibətlərdə əlavə gərginliyə səbəb ola bilər.
O, həmçinin Şimali Koreyada mümkün hakimiyyət dəyişikliyi ilə bağlı müxtəlif məlumatların yayıldığını qeyd edib. Politoloqun sözlərinə görə, bu məlumatlar arasında Çinin ölkədə mümkün proseslərə müdaxiləsi ilə bağlı iddialar da var. Lakin həmin iddiaların təsdiqlənməsi üçün etibarlı mənbələrdən rəsmi məlumatların əldə olunması vacibdir.
Taleh Əliyev Şimali Koreyanın gələcəyi ilə bağlı üç mümkün ssenarini diqqətə çatdırıb.
Birinci ssenari ölkədə mövcud siyasi sistemin zəifləməsi və Koreya yarımadasının birləşməsi istiqamətində proseslərin başlanmasıdır. Politoloqun fikrincə, hakimiyyət daxilində ciddi dəyişikliklər baş verərsə,
uzun illərdir ayrı mövcud olan Şimali və Cənubi Koreyanın gələcək münasibətləri də yeni mərhələyə keçə bilər.
İkinci ssenari hakimiyyət dəyişikliyinin hərbi qarşıdurmaya səbəb olmasıdır. Politoloq hesab edir ki, siyasi qeyri-sabitlik və tərəflər arasında gərginliyin artması Koreya yarımadasında ciddi təhlükəsizlik riskləri yaradar. Bununla belə, belə bir qarşıdurmanın baş verəcəyini indidən qəti şəkildə söyləmək mümkün deyil.
Üçüncü ssenari isə hakimiyyətin əvvəlcədən gözlənilən varisə ötürülməsi və mövcud idarəçilik modelinin qorunub saxlanılmasıdır. Bu halda yeni lider əvvəlki siyasi kursu davam etdirə, eyni zamanda özünə yaxın şəxslərdən ibarət yeni idarəçilik komandası formalaşdırar.
Politoloqun sözlərinə görə, hakimiyyət daxilində belə dəyişikliklər baş verərsə, yüksək vəzifəli şəxslərin vəzifələrini itirməsi, eləcə də siyasi elita arasında qarşıdurmaların yaranması ehtimalı da müzakirə mövzusu ola bilər.
Taleh Əliyev vurğulayıb ki, hazırkı mərhələdə əsas məsələ yayılan məlumatların nə dərəcədə doğru olduğunu müəyyənləşdirməkdir. Onun fikrincə, məlumatlar təsdiqlənəcəyi təqdirdə, hakimiyyətə gələcək şəxsin atacağı ilk addımlar Şimali Koreyanın gələcək siyasi kursunu və regiondakı proseslərin istiqamətini müəyyənləşdirmək baxımından mühüm rol oynayacaq.
Beləliklə, Kim Çen İnin hakimiyyətinin gələcəyi ilə bağlı yayılan məlumatlar təsdiqini taparsa, Şimali Koreyanı qarşıda siyasi sistemin davam etdirilməsi, hakimiyyət daxilində dəyişikliklər və ya daha geniş regional gərginliklə bağlı müxtəlif ssenarilər gözləyə bilər. Hansı istiqamətin reallaşacağı isə rəsmi məlumatlardan və mümkün hakimiyyət dəyişikliyindən sonra atılacaq addımlardan asılı olacaq.
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 22 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR

Regionda radikal dini-ideoloji meyllərin güclənməsi, xaricdən idarə olunan təsir kampaniyaları və sərhədlərarası təhlükəsizlik riskləri Azərbaycan üçün ciddi problemlər yaradıb. Bu baxımdan Türkiyə ilə münasibətlərdə mövcu

Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı

"Bəzən belə hallar baş verir. Azərbaycanlı çoban asanlıqla yolu aza bilər. Eyni vəziyyət bizim tərəfimizdən də yaşana bilər. Hər iki tərəf bu cür hadisələrə konstruktiv şəkildə yanaşır". KONKRET.azoxuaz-a istinadə

Türkiyə Prezidenti Bakıdakı beynəlxalq foruma niyə qatılmadı?

"Məlum olduğu kimi, 2024-2026-cı illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə Azərbaycan sədrlik edir. Cari ilin oktyabrın 15-də Bakıda Qurumun sammiti keçirilib. Bu sammit çərçivəsində qəbu

Kiyevsiz sülh razılaşması mümkün deyil - Peskov

Kiyev olmadan sülh razılaşmalarına nail olmaq mümkün deyil. xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. "Nizamlanmaya gəldikdə, bilirsiniz ki, Amerika tərəfi öz vasitəçilik və sülhməramlı səylərin

Uitkoff Sankt-Peterburqa gəldi

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Sankt-Peterburq şəhərindədir. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Qeyd edək ki, Uitkoffun Rusiya Prezidenti Vladimir Putinə ABŞ Prezidenti Donald Tram

SON DƏQİQƏ! Kim Çen komaya düşdü

Şimali Koreya lideri Kim Çen İnin beyin qanaması keçirdikdən sonra komaya düşdüyü və müalicə üçün Çinə aparıldığı iddia olunur. -a istinadən xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu "The Sun" nəşri məluma

Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qloba

Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi

XIX əsrin sonlarında Yaponiya Qərbin qurduğu dünya nizamına qoşulmağa məcbur oldu. Lakin Avropa dövlətləri yəqin ki, yaponların bu yeni sistemin qaydalarını nə qədər sürətlə mənimsəyəcəyini və qısa müddətdə öz müəllimlərin

Türkiyə və İranın Bakıya hücumu: gerçək səbəbi budur

"İran və Türkiyənin Azərbaycana münasibətlərində müşahidə olunan və olunmayan nüanslar var. Zaman keçdikcə bu məsələlərin mahiyyətini araşdırmalarla daha dəqiq ortaya qoymaq lazımdır". KONKRET.azxəbər verir ki


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən görüntüleri sonxəbərlər xeberler bugun sonxeberler