Bu hərbçilər cərimələnəcək – Hüquqşünasdan AÇIQLAMA

Bu hərbçilər cərimələnəcək – Hüquqşünasdan AÇIQLAMAXəbər verdiyimiz kimi, Azərbaycanda hərbi qulluqçuların hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsinə görə inzibati məsuliyyət qaydalarının dəyişdirilməsi təklif olunur.
Təklifə əsasən, hərbi hissəni özbaşına tərk edən və ya üzrlü səbəb olmadan xidmətə vaxtında qayıtmayan hərbi qulluqçular bu əməli bir gündən artıq, lakin 10 gündən çox olmayan müddətdə törətdikdə inzibati məsuliyyətə cəlb edilə biləcəklər.
Dəyişikliklər çərçivəsində cərimələrin tətbiqi və hərbi xidmət əleyhinə olan inzibati xətalara nəzarətin gücləndirilməsi də nəzərdə tutulur.
Mövzu ilə bağlı azxeber.com-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, hərbi hissəni özbaşına tərk etmə Cinayət Məcəlləsinin 333-cü maddəsi ilə tənzimlənir. Onun sözlərinə görə, cəzanın sərtləşdirilməsi belə halların qarşısını almaq məqsədi daşıya bilər, lakin bunun effektivliyinə şübhə ilə yanaşır:
"Ümumiyyətlə, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə Cinayət Məcəlləsinin 333-cü maddəsi ilə tənzimlənir. Bu maddə üzrə maksimum 7-8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Burada beş hal var, daha yüngülündən başlayaraq ağırına doğru gedir. Maksimum 8 il cəza isə müharibə vaxtı, döyüş şəraitində tətbiq olunur. Adi vaxtda cəzalar nisbətən azdır. İndi bunun səbəbini dəqiq bilmirəm, yəqin ki, belə halların qarşısını almaq üçün bu addım atılır. Bu, dövlətin təhlükəsizliyi məsələsidir. Hər hansı cinayət üzrə cəza sərtləşdirilirsə, bu, həmin əməlin yüngül hesab edilmədiyini göstərir".
 Bu hərbçilər cərimələnəcək – Hüquqşünasdan AÇIQLAMAHüquqşünasın fikrincə, cəzaların sərtləşdirilməsi hərbi qulluqçular arasında bu cür halların sayının azalmasına mütləq şəkildə gətirib çıxarmayacaq:
"Lakin mən şəxsən hesab etmirəm ki, cəzanın sərtləşdirilməsi bu cinayəti törədənlərin sayının azalmasına səbəb olacaq. Bir var ki, başqa cinayətdən söhbət gedir, məsələn, oğurluqdan. İnsan düşünə bilər ki, buna görə 10 il, 15 il və ya hətta ömürlük azadlıqdan məhrumetmə cəzası ala bilər. Amma burada söhbət hərbi qulluqçulardan gedir. Birincisi, görəsən, bu cür cinayət halları nə qədər çoxdur? Belə hallara çox nadir rast gəlinir. Çünki hərbçi elə bir şəraitdə xidmət edir ki, onun üzərində nəzarət var. Onun ailəsi, yaxınları var və o da törətdiyi əməlin nə qədər ağır olduğunu başa düşür".
Ə. Həsənov qeyd edib ki, hərbi qulluqçunun belə bir addım atmasına yalnız cəza amili ilə yanaşmaq düzgün deyil. Onun sözlərinə görə, bu qərara təsir edən daha dərin səbəblər ola bilər:
"Mən inanmıram ki, hərbçi bu cinayəti törətmək istəyirsə, Cinayət Məcəlləsində nəzərdə tutulan cəzanın 7-8 il deyil, 10 il olması onu bu əməldən çəkindirəcək. Yəqin ki, insan belə bir addım atarkən cəzanın neçə il olacağını düşünmür. Çünki onu bu əməldən çəkindirən başqa amillər var: ailəsi, namusu, qeyrəti, vətən, torpaq və ordu qarşısında məsuliyyəti. Burada daha böyük amillər var. Əgər hərbçi bu addımı atırsa, deməli, artıq müəyyən həddə çatıb. Bəlkə də problem onun özündə deyil, düşdüyü şəraitdədir. Söhbət konkret insanlardan gedir. Bəzi hallarda insan bu addımı ata bilər, amma belə cinayətlərin sayı çox deyil".
Fəridə Əsədzadə

Sosial       Tarix: 20 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

Azərbaycan Dövlət Pedaqoji Kollecində dava olub. Hadisə kollecin həyətində baş verib. Təhsil müəssisəsinin tələbəsi Mirkamil Mirislamov (soyad şərtidir - red.) qrup yoldaşı Elvinlə zarafat edib. Zarafat Elvinin xoşuna gəlməyi

Pensiyaya çıxdıqdan sonra işləyənlərlə bağlı qərar – 6 il sonra

Azərbaycanda pensiya yaşına çatdıqdan sonra işləməyə davam edən şəxslərin pensiyalarının yenidən hesablanması ilə bağlı yayılan xəbərlər maraqla qarşılanıb. Əmək fəaliyyətini davam etdirən pensiyaçılar işlədikləri müddətd

Qarabağ' – 'Neftçi' oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

"Qarabağ" – "Neftçi" futbol oyunu ərəfəsində və oyundan sonra insident törətməyə cəhd göstərən 19 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb. . DİN-in Mətbuat Xidmətindən -un sorğusuna cavab olara

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb. Bildirilir ki, hazırda bölgələrdə kən

Vo Thi An Suan ADNSU-da - FOTOLAR

Ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan oktyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) səfərdə olub. Vitse-prezidenti səfər zamanı Preziden

Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdar

"Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər" – Fazil Mustafa

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayında azalma qeydə alınıb. Mövzu ilə bağlı -a danışan deputat Fazil Mustafa bildirib ki, nikah və boşanmaların sayındakı dəyişikliklər bir sıra sosial amillərlə əlaqəlidir

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Azərbaycanda quş əti və yumurta istehsalı artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın quşçuluq müəssisələrində diri çəkidə 73,6 min ton quş əti və 911 milyon ədəd yumurta istehsal olunub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. 


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal xeber son xeberler bugun 2026 muharibe son xeberler bugun 2026 canli siyaseti xeberler bugun