"Bu matçın faydası çox olacaq" - Qurban Qurbanov məğlub olduqları oyundan danışdı
"Qarşılaşma pis alınmadı. Bu matçın faydası mənim üçün daha çox olacaq. Meydanda çatışmazlıqları görəndə bunun üzərində işləmək asılı olur".
KONKRET.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Polşa "Rakuv"una 0:3 hesabı ilə məğlub olduqları yoxlama oyunundan sonra Peşəkar Futbol Liqasının Youtub kanalına açıqlamasında deyib.
"İlk dəqiqələrdən gördük ki, rəqib bizdən daha hazırlıqlıdır. Polşa çempionatının lider olmaları hiss edilirdi. maraqlı komandadır. Bu cür matçlarda hazırlıq səviyyəsi oyuna böyük təsir edir. Futbolçularım yorğun idilər. Bu da normaldır. İlk matçlarda adətən daha zəif kollektivlərlə oynamağa üstünlük veririk. Amma vaxtı azlığı və "Gent"lə oyunu nəzərə alıb bu rəqibi seçdik. Futbolçular çox əziyyət çəkdilər. Qarşıdakı günlərdə detalların üzərində işləyəcəyik", – Q.Qurbanov bildirib.
O, yeni transfer Adama Diakabinin debüt oyunu barədə də söz açıb:
"Çoxdandır oynamır. İdman formasını qaytarmaq çox çətin olacaq. Oyun ritminə düşmək üçün vaxt lazımdır. Ehtiyatlı olmalıyıq, tələssək, futbolçu "yana" bilər. Proqramlı şəkildə hazırlamağa çalışacağıq. Bacarıqlı futbolçudur. İnanıram ki, bizə çox faydası çox olacaq. Onu əvvəlki formasına qaytarmağa çalışacağıq".

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi