Bu məşhur azərbaycanlıların adı Bakıdan silinir - SİYAHI

Bu məşhur azərbaycanlıların adı Bakıdan silinir - SİYAHIAzərbaycanda böyük şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə, metro stansiyalarına yeni adlar veriləcək. Bu barədə məlumat Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nda əksini tapıb.
Məlumdur ki, Azərbaycan tarixində adı ziddiyyətli şəxslər kimi qalan insanlar var. Məsələn, Nəriman Nərimanov. Onun adına Bakıda rayon, metro stansiyası var. Bundan başqa, paytaxtın ən görkəmli yerində heykəli də qalır.
Eyni zamanda Əliheydər Qarayevin, Qəzənfər Musabəyovun, Ayna Sultanovanın, Ruhulla Axundovun, Mirzə Davud Hüseynovun, Bünyad Sərdarovun, Dadaş Bünyadzadənin də adına küçələr hələ qalır. Maraqlıdır ki, Prezidentin sərəncamından sonra sadaladığımız şəxslərin adına olan küçə və prospektlərin, metro stansiyalarının adının dəyişdirilməsi məsələsi gündəmə gəlib.
Müzakirələrin nəticəsi ola bilərmi?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Yalçın Hacızadə Nəriman Nərimanova qarşı münasibətin birmənalı olmadığını qeyd edib.
Bu məşhur azərbaycanlıların adı Bakıdan silinir - SİYAHIO deyib ki, digərlərinə qarşı da cəmiyyətdə fikirlər eynidir:
"Tariximizdə qəhrəman, dahi şəxsiyyətlərlə yanaşı mənfi iz buraxmış, xalqa zərbə vurmuşlar da olub. Xalq Cümhuriyyətinin qurulmasında, süqutunda rolu olanları artıq hər kəs yaxşı tanıyır. Ona görə adını çəkdiyiniz insanlardan Nəriman Nərimanova qarşı münasibət birmənalı deyil. Cəmiyyətin bəzi üzvləri onun müəyyən xidmətləri olduğunu desə də, bəziləri Cümhuriyyətin süqutunda, ölkənin işğalında günahı olduğunu bildirir. Digərlərinə qarşı isə cəmiyyətin fikri eynidir və ölkəmizin işğal olunmasında, xalqımızın qanında, on minlərlə insanların repressiya qurbanına çevrilməsində əli olduqları faktlarla sübut olunub. Bütün bunlara baxmayaraq həmin şəxslərin adına küçələrin olması, abidələrinin qalması təəssüf doğurur. Bilirsiniz ki, həmin şəxslər SSRİ zamanında bizə qəhrəman kimi sırınmış, adları "əbədiləşdirilməyə çalışılmışdı".
Politoloq hesab edir ki, müstəqillik əldə etdikdən sonra əsl qəhrəmanlarımız, tarixi şəxsiyyətlərimizlə bağlı bu zamana kimi gizlədilən bir çox məqamlar bizə agah oldu:
"Neçə-neçə qəhrəmanlarımızı yenidən öyrəndik, tanıdıq. Eyni zamanda, torpaqlarımızın qorunması, ərazi bütövlüyümüzün bərpa olunması zamanı yüzlərlə qəhrəmanımız tarix yazdı. Ona görə də Bakıda, digər şəhər və rayonlarda metro və küçə adları dəyişəcəksə, Azərbaycan xalqı, eyni zamanda dövləti qarşısında zəhmətini, əməyini, canını sərf etmiş şəxslərin adı verilməlidir. Çünki kifayət qədər belə şəxslərimiz var. Onların adları əbədiləşdirilməli, gələcək nəsillərə tanıdılmalı və ötürülməlidir".

Siyasi       Tarix: 15 fevral 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Baku TV': Azərbaycan COP31-də yaşıl enerji hədəflərini nümayiş etdirir

Azərbaycan COP31 çərçivəsində iqlim siyasəti və ekoloji təşəbbüsləri ilə yanaşı, milli dəyərləri, mədəniyyət və yaşıl enerji hədəflərini də təqdim edir. xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı süjetd

Donbas Rusiyaya verilsin, Finlandiya NATO-dan çıxsın – Rusiyanın məqsədi nədir?

Ukraynada müharibənin dayandırılması ilə bağlı diplomatik müzakirələr davam edir. Tərəflər arasında müharibənin başa çatdırılması üçün müxtəlif təkliflər və şərtlər gündəmə gətirilir. Rusiyanın irəli sürdüyü iddia oluna

SEPAH-ın yeni raket şəhəri - Foto

SEPAH-ın yeni raket şəhəri təqdim olunub. KONKRET.azxəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb. Bildirilib ki, bu gün İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin yeni raket şəhər

Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq

Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsind

Azərbaycanla Argentina arasında hüquqi əməkdaşlıq müzakirə olundu

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərini

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadim

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır

Çin Özbəkistan və Qazaxıstanla həftəlik aviareyslərin sayına qoyulan məhdudiyyətləri artırmağa razılıq verib. Eyni zamanda, Mərkəzi Asiyanın iki qonşu ölkəsi arasında imzalanan ayrıca razılaşma Daşkənd, Almatı və Astana istiqamətlərind

İlham Əliyev Türkiyəyə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31

Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb. xəbər verir ki, İstanbulda, Dolmabağça sarayında keçirilən görüşdə liderlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərini


azerbaycan xeberleri son xeberler yeni xeberler maliyye xeberler bugun azerbaycan son xeber bugun valyuta mezennesi son xeberler az