Bu ölkədə etirazçılar hava limanını ƏLƏ KEÇİRDİ
Peruda prezident seçkilərinin keçirilməsi tələbi ilə kütləvi etirazlar davam edir.
KONKRET.az "Kommersant"a istinadən xəbər verir ki, Andahuaylas şəhərində etirazçılar hava limanını ələ keçirərək bir neçə terminalı yandırıblar.
Məlumata görə, aksiyalar zamanı bir nəfər ölüb, ən azı on nəfər yaralanıb.
Bildirilib ki, etirazlar səbəbindən hava limanı bağlanıb.
Peru polisinin məlumatına görə, etirazçılar hava limanında ötürücü zalı, yanacaq anbarını yandırıb və 50 Peru polisinin olduğu aeroport terminalını mühasirəyə alıblar. Hal–hazırda Lima, Apurimac, Cajamarca, Arequipa, Lambaek, Ica şəhərlərində etirazlar davam edir.
Qeyd edək ki, iğtişaşlar Peru parlamentinin dekabrın 7-də prezident Pedro Kastillonun impiçmentini elan etməsindən sonra başlayıb. Kastillo parlamentin buraxılması və ölkədə komendant saatı tətbiq edilməsi barədə göstəriş verib, lakin hərbçilər ona tabe olmaqdan imtina edib. O, üsyan və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə saxlanılıb. Prezidentin səlahiyyətləri onun müavini Dina Boluarteyə verilib. Dekabrın 8-də o, and içərək Peruda ilk qadın prezident olub. Onun 26 iyul 2026-cı ilə qədər vəzifədə qalacağı gözlənilir. Dekabrın 10-da o, hökumətin yeni tərkibini açıqlayıb.
İqbal Rzayev,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır