Bu ölkədə hər uşağa görə ailələrə 7,5 min dollar VERİLƏCƏK
Yaponiya hökuməti 2023-cü il aprelin 1-dən etibarən paytaxt Tokiodan əhalinin daha az məskunlaşdığı ərazilərə köçməyə qərar verən ailələrə müavinətləri artırmaq qərarına gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb.
Bildirilib ki, ödənişlər bir uşaq üçün hazırkı 300 min yendən (təxminən 2,2 min dollar) 1 milyon yenə (7,5 min dollar) çatdırılacaq. Çoxuşaqlı ailələr maksimum 3 milyon yen (təxminən 22,5 min dollar) məbləğində müavinət ala biləcəklər.
Məlumata görə, pul əyalətə köçdükdən sonra Tokioda işləməyə davam edənlərə də ödəniləcək.
Qeyd edək ki, Yaponiya hökuməti əhalinin paytaxt ərazisində cəmləşməsi və eyni zamanda ölkənin ucqar rayonlarında sakinlərin sayının azalmasıdan narahatdır. Hökümət 2027-ci ilə qədər Tokiodan hər il ən azı 10 min insanın köçürülməsinə nail olmaq istəyir.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi