Bu ölkələr diplomatik əlaqələri bərpa edir
Somali və Efiopiya bir il əvvəl Efiopiyanın Somaliland ilə imzaladığı memorandumla bağlı münaqişə nəticəsində kəsilən diplomatik münasibətləri tam bərpa etmək barədə razılığa gəliblər.
KONKRET.azxəbər verir ki, bu barədə Somali və Efiopiya liderləri arasında Əddis-Əbəbədə keçirilən danışıqların yekunlarına dair bəyanatda deyilir:
"Tərəflər hər iki ölkədə diplomatik missiyaları bərpa etməklə ikitərəfli münasibətləri bərpa etmək və gücləndirmək barədə razılığa gəliblər".
Qeyd edildiyi kimi, danışıqlar zamanı Efiopiyanın Baş naziri Abiy Əhməd və Somali Prezidenti Həsən Şeyx Mohamud ikitərəfli münasibətlər, xüsusilə təhlükəsizlik, iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Onlar Ankara bəyannaməsinin sülh yolu ilə nizamlanmasına dair müddəalarının həyata keçirilməsini sürətləndirmək barədə razılığa gəliblər.
Efiopiya ilə Somali arasında gərginlik 2024-cü ilin əvvəlində Efiopiya və Somaliland arasında Somalinin separatçı bölgəsi olan Somalilendin müstəqil dövlət kimi tanınması müqabilində Efiopiyaya Qırmızı dənizə çıxış imkanı verən saziş imzaladıqdan sonra artıb. Somali müqavilənin hüquqi cəhətdən etibarsız olduğunu bildirib.

Keçmiş nazirə ağır itki
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək