"Bu oyuna köklənmək bir az çətin idi" - Qurban Qurbanov
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.
KONKRET.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 2:0 hesablı qələbəni belə şərh edib:
"Futbolçularımı təbrik edirəm. Bu oyuna köklənmək bir az çətin idi. Amma onlar bunu bacardılar. Hər birində yaxşı konsentrasiya var idi. Heyətdə xeyli dəyişiklik etmişdik. Çatışmazlıqlar oldu. Lakin üstünlüyü saxlaya bildik. İlk yarı qapalı oyun oldu, ikinci yarı daha açıq oyun getdi. Yaxşı, sürətli hücumlar gördük. Samir Abasova uğurlar arzulayıram.
Bu həftə oyun olmasaydı, daha yaxşı olardı. Bundan əvvəl də bizə lazım idi, yəni "Braqa" ilə oyundan sonra. Təxirə salındı. Amma biz yenə də müraciət etmişdik ki, bu oyunu təxirə salsınlar. Bir az proqramda təsdiq olunub deyə, çətin olduğunu bildirdilər. Başqa çıxış yolumuz yoxdur, "Qəbələ" ilə oyuna gedəcəyik. İstirahət olsaydı, daha yaxşı idi. Çünki "Braqa" ilə cavab oyunundan sonra futbolçularımın istirahətə daha çox ehtiyacı var idi. Ehtiyatlanırdıq. Futbolçular tam bərpa olunmamışdılar. Başqa qərar qəbul olunubsa, gedib "Qəbələ" ilə oynamalıyıq.
Biz bu çempionata, oyunlara uyğunlaşmışıq. Oyunçuları lazım olan dərəcədə, qaydada hazırlayırıq. Azərbaycan futbolu üçün daha da böyük çempionat olsa, biz qarışıq hamımız güclənsək, azarkeş üçün maraqlı olar. Amma bugünkü potensialımız budur və bununla da razılaşmalıyıq".

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto