Bu şəxslər sürücülük vəsiqəsini iki ildən bir yeniləməlidir - Açıqlama

Bu şəxslər sürücülük vəsiqəsini iki ildən bir yeniləməlidir - AçıqlamaBir sıra ölkələrdə sürücülük vəsiqələrinin etibarlılıq müddəti ilə bağlı müxtəlif yanaşmalar tətbiq olunur. Bu isə zaman-zaman Azərbaycanda da sürücülük vəsiqələrinin ömürlük verilməsi məsələsini gündəmə gətirir. Bəs gələcəkdə sürücülük vəsiqəsinin ömürlük verilməsi mümkün ola bilərmi?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a bildirib ki, Azərbaycanda sürücülük vəsiqələrinin müddətli verilməsi birbaşa olaraq Vyana Konvensiyasının tələblərinə əsaslanır:
"Düşünmürəm ki, yaxın gələcəkdə sürücülük vəsiqələri müddətsiz verilsin. Ömürlük sürücülük vəsiqəsinin tətbiq olunduğu ölkələr olsa da, sürücülük vəsiqələrinin müddətli verilməsi hüquqi, tibbi və beynəlxalq təhlükəsizlik standartlarına əsaslanan yanaşmadır.
Məlumdur ki, insan yaşlandıqca görmə və eşitmə qabiliyyəti, eləcə də reaksiya sürəti zəifləyir. Buna görə də dövri tibbi müayinələrin keçirilməsi vacibdir və risk yaradan sürücülər müəyyən edilərək nəzarətə götürülür. Digər mühüm məsələ isə şəxsiyyətin eyniləşdirilməsidir. Zaman keçdikcə insanın xarici görünüşü dəyişə bildiyindən biometrik fotonun və sənədin yenilənməsi yol polisi tərəfindən identifikasiyanın dəqiq aparılması üçün vacib şərtdir. Bundan əlavə, yol hərəkəti qaydaları, texnologiyalar və infrastruktur da daim yenilənir. Sürücülük vəsiqəsinin müəyyən müddətlə verilməsi sürücünün hüquqi məsuliyyətinin də yenilənməsinə xidmət edir. Azərbaycanda 70 yaşdan sonra sürücülər hər iki ildən bir tibbi müayinədən keçməli və sağlamlıq haqqında arayış təqdim etməlidirlər. Bu halda onların nəqliyyat vasitəsini idarə etmək üçün yararlı olduqları təsdiqlənir və sürücülük vəsiqəsi yenilənir", - deyə o qeyd edib.
Beləliklə, sürücülük vəsiqələrinin ömürlük verilməsi ideyası beynəlxalq təhlükəsizlik standartları və tibbi zərurətlər baxımından real görünmür. Yaşla bağlı yaranan fiziki dəyişikliklər, qanunvericiliyin yenilənməsi və sürücülərin identifikasiyası sənədlərin müddətli olmasını tələb edir. Yollarda hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün mövcud nəzarət mexanizminin saxlanılması mütləqdir. / azxeber.com

Sosial       Tarix: 20 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində qaçaqmal aşkar olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən -a verilən məlumata görə, DSX Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahid

"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab

Dialoq və İnkişaf Naminə İctimai Birliyinin sədri Çingiz Bayramov Türkiyənin "Yeniden Refah" partiyasının sədri Fatih Erbakanın Azərbaycan haqda əssasız fikirlərinə cavab verib. xəbər verir ki, Çingiz Bayramov cavabınd

Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək

Oktyabrın 20-si azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə "Sabah" futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyilə ödənişsiz avtobuslar təşkil olunacaq. Bu barədə -a Rəqəmsa

"Ədalətsizliyə göz yuman sistem uzunmüddətli sabitlik yarada bilməz" – Deputat

"Azərbaycan həm haqqını müdafiə edən, həm də dialoqa açıq olan ölkə kimi regionda sülh və əməkdaşlığın təminatçısı rolunu davam etdirir". Bu sözləri -a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib

Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?

Azərbaycanda ailə daxilində əmlak bölgüsü və vərəsəlik məsələləri zaman-zaman mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlər müxtəlif səbəblərdən övladlarından birini mirasdan məhrum etmək, əmlaklarını isə digər övladların

Stresə qarşı ən yaxşı vasitə açıqlandı

Sakitləşdirici fortepiano melodiyaları stresdən sonra orqanizmin bərpasına yağış, çay və şəlalə səslərindən daha tez kömək edə bilər. Bu musiqi əhvali-ruhiyyəni yaxşılaşdırır, ürək döyüntülərinin tezliyini və tərləməni azaldır


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun 2026 canli xeber.az cəbhədən xəbərlər son xeberler bugun