Bu şəxslərin kredit müddəti uzadıla bilər – Güzəştlər gözlənir

Bu şəxslərin kredit müddəti uzadıla bilər – Güzəştlər gözlənirAzərbaycanda minlərlə tələbə təhsil haqqını ödəmək üçün tələbə təhsil kreditindən istifadə edir. Lakin ali məktəbi bitirdikdən sonra iş tapmaqda çətinlik çəkən və ya aşağı maaşla çalışan gənclər üçün həmin kreditlərin geri ödənilməsi ciddi problemə çevrilir. Xüsusilə də bir çox hallarda rəsmi işə başlayan kimi maaşdan aylıq tutulmaların başlaması narazılıq yaradır.
Bəs tələbələr üçün əlavə güzəştlərin tətbiqi, ödənişlərin ertələnməsi və ya müəyyən hallarda borcların silinməsi mümkündürmü?
azxeber.com xəbər verir ki, Globalinfo.az-a danışan əməkdar müəllim, keçmiş deputat Sona Əliyevanın fikrincə, tələbə təhsil kreditinə adi bank borcu kimi baxmaq doğru deyil:
"Çünki bu kredit kommersiya məqsədi daşımır. Onun əsas mahiyyəti gəncin təhsil almaq imkanını genişləndirməkdir. Deməli, geri ödəniş qaydaları da yalnız rəqəmlərlə deyil, real həyat şərtləri ilə ölçülməlidir. Universiteti bitirən hər gənc dərhal yaxşı maaşlı iş tapmır. Bəziləri ixtisasına uyğun iş tapa bilmir, bəziləri isə çox aşağı maaşla əmək fəaliyyətinə başlayır. Formal olaraq "işləyir" görünür, amma aldığı gəlir nə özünü təmin etməyə, nə də əlavə kredit yükünü rahat daşımağa kifayət edir. Belə vəziyyətdə hamıya eyni qaydanın tətbiq olunması sosial baxımdan ədalətli görünmür. Əlbəttə, burada söhbət borcların kütləvi şəkildə silinməsindən getmir. Bu, nə maliyyə baxımından dayanıqlı olar, nə də kredit sisteminin məntiqinə uyğun gələr".
Sona Əliyeva deyib ki, lakin daha çevik güzəşt mexanizmləri tətbiq oluna bilər:
"Məsələn, məzunun gəliri müəyyən həddən aşağıdırsa, ödəniş müvəqqəti dayandırıla və ya simvolik məbləğlə başlana bilər. Gəlir artdıqca ödəniş də mərhələli şəkildə artırılar. Bu, həm dövlətin vəsaitini qoruyar, həm də gənci ilk iş illərində sıxıntıya salmaz. İşsizlik məsələsi də ayrıca nəzərə alınmalıdır. Diplom alan gənc real iş tapa bilmirsə, ondan kredit ödənişi tələb etmək düzgün yanaşma deyil. Bu, gənci təkcə maddi deyil, psixoloji olaraq da ağır vəziyyətə salır. Digər tərəfdən, dövlət üçün vacib sahələrdə çalışan məzunlara xüsusi güzəştlərin verilməsi də düşünülə bilər. Regionlarda müəllim, həkim, mühəndis, sosial işçi kimi fəaliyyət göstərən gənclərin borcunun müəyyən hissəsinin silinməsi həm sosial baxımdan ədalətli olar, həm də kadr çatışmazlığı olan sahələrə marağı artırar. Bu halda kredit güzəşti yalnız yüksək akademik nəticəyə görə deyil, cəmiyyətə verilən real töhfəyə görə də tətbiq edilmiş olar".
S.Əliyeva bildirib ki, dövlətin verdiyi vəsait geri qayıtmalıdır:
"Amma bu proses gəncin həyatına əlavə təzyiq kimi düşməməlidir. Əgər sistem məzunun maaşını, iş tapmaq imkanını və sosial vəziyyətini nəzərə almırsa, təhsil krediti sosial dəstək mexanizmindən çıxıb uzunmüddətli yükə çevrilə bilər. Ona görə hesab edirəm ki, Azərbaycanda tələbə təhsil kreditləri üzrə qaydalar daha real və çevik olmalıdır. Aşağı gəlirli məzunlar üçün ödənişin ertələnməsi, işsiz gənclərə möhlət verilməsi, regionlarda və strateji sahələrdə çalışanlar üçün qismən borc güzəştlərinin tətbiqi ciddi şəkildə müzakirə edilməlidir".

Sosial       Tarix: 16 may 2026
f Paylaş

Oxşar xəbərlər

Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var

Bakı–Şamaxı avtomobil yolunun Qobustandan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Ilkin məlumata əsasən, "Audi" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Yavər Şıxəliyev vəfat etdi

Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib. xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb. Qeyd edək ki, Y.Şıxəliyev 1973-cü ild

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əkbər Akif oğlu Novruzovun idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gəncə prospektində Emil Amil oğlu İsgəndərovun sükanı arxasında olduğu minik avtomobili toqquşub

Bıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasını

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

Azərbaycan Dövlət Pedaqoji Kollecində dava olub. Hadisə kollecin həyətində baş verib. Təhsil müəssisəsinin tələbəsi Mirkamil Mirislamov (soyad şərtidir - red.) qrup yoldaşı Elvinlə zarafat edib. Zarafat Elvinin xoşuna gəlməyi

Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdar

Gənc Müəllimlər Assosiasiyasından məktəblərdə vahid forma ilə bağlı - Bəyanat

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə geyim qaydalarının tətbiqinə təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından yanaşılmasının vacibliyini vurğulayır. xəbə


yeni xeberler son xeberler azerbaycan xeberleri metbuat son.xeber dunyada son xeberler hava