"Bu, sosial paketin genişləndirilməsinə imkan vermir" - AÇIQLAMA

2022-ci ilin dövlət büdcəsi proqnozlaşdırılarkən 50 ABŞ dolları həcmində müəyyənləş neftin bir barrelinin qiyməti hazırda 128 dolları keçib. Bu vəziyyət ölkə iqtisadiyyatı üçün yeni imkanlar açır və əhalinin həssas təbəqəsinin gəlirlərinin artırılması istiqamətində addımların atılmasını zərurətə çevirir. Belə ki, bəzi millət vəkilləri və ekspertlər büdcə gəlirlərinin yüksəlməsi fonunda maaş və pensiyaların yenidən artırılması məsələsinə baxılacağını istisna etmirlər.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tanınmış iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu yaxınlarda Milli Məclisdə büdcəyə əlavələr və dəyişikliklər gözlənilir. Yəqin ki, həm gəlir, həm də fərq hissəsi artırılacaq: "Hələ ki, xərc istiqamətləri ilə bağlı rəsmi məlumatlar yoxdur. Sadəcə Prezidentin bu yaxınlardakı çıxışında işğaldan azad edilən torpaqların bərpasında əlavə vəsaitə ehtiyac yarandığı ilə bağlı fikirlər səslənmişdi. Çox güman ki, bu il büdcədə nəzərdə tutulan 2,2 milyard manat bərpa işlərinin üzərinə əlavə vəsait qoyulması təklif olunacaq. Bu vəsait 5-6 yüz milyona, hətta 3 milyard manata qədər artırıla bilər".
Sosialyönümlü artımlara gəlincə isə Natiq Cəfərli bu barədə rəsmi məlumatların olmadığını deyib: "Amma bəzi sosial müavinətlərin, ödənişlərin hesablanma qaydasında yeniliklərin olacağı və büdcədə əlavə vəsaitin nəzərdə tutulacağı gözləniləndir. Xüsusən də qazilərin hansısa sosial problemlərinin həlli ilə bağlı müəyyən artımlar nəzərdə tutulacaq. Amma ümumilikdə sosialyönümlü xərclərin kəskin artımını söyləmək çətindir. Çünki bunun üçün daha böyük büdcə xərclərinin artımına gedilməlidir. Çox güman ki, kəskin artım olmayacaq. Xərc və gəlir hissəsinin təqribən 2 milyard manat civarında artması gözlənilir ki, bu da sosial paketin genişləndirilməsinə imkan vermir. Ona görə də, əsas vəsait işğaldan azad edilən ərazilərin bərpasına yönələcək və bunun da effekti var. Təmir-tikinti işlərinin həyata keçirilməsi nəticə etibarı ilə yeni qazanc yerlərinin açılmasına səbəb ola bilər".
Müşviq Tofiqoğlu,
KONKRET.az    

Sosial       Tarix: 09 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


son xeberler yeni xeberler azerbaycan xeberleri azerbaycanda son xeberler en son xəbərlər bugün cəbhədən canlı krimnal xeber