"Bu suala cavab verməli deyiləm" - "Neftçi"nin baş məşqçisi

"Final oyunudur. Çox çətin görüş olacaq. Hər iki komanda kuboku qazanmaq üçün motivasiyalıdır".
KONKRET.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan kubokunun finalında sabah "Qəbələ"yə qarşı keçirəcəkləri matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, rəqibin yaxşı komanda olduğunu bildirib: ""Qəbələ" yaxşı komandadır. Onlara hörmətlə yanaşmalıyıq. Finala qədər gəldikləri yola nəzər yetirməliyik. "Qəbələ" çox yaxşı komandalara qalib gələrək finala çıxıb. Döyüş ruhu çox olan final matçına hazır olmalıyıq. Sabahkı oyunda qalib gəlmək üçün hər şey edəcəyik. Əlimizdə olan şansdan yararlanmağa çalışacağıq ki, kuboku qazanaq. Oyuna hazırıq. Şanslar 50/50-dir".
Mütəxəssis penaltilər seriyasına da hazır olduqlarını deyib: "Buna hazırıq. Hər şey mümkündür. Bayaq dedim ki, sabah sona qədər döyüşməyə hazırıq".
"Neftçi" ən köklü klublardan biridir. Sabah uğursuzluq baş versə, sizin istefanızla nəticələnə bilərmi" sualını baş məşqçi belə cavablandırıb: "Bu suala cavab verməli deyiləm. Çox sevinirəm ki, oyunçularımla bərabər finala gəlib çıxmışıq. Bundan qürurlanmalıyıq. Bu, o deməkdir ki, özümüz və komandamız üçün yaxşı nəsə əldə etmişik. Buradan getməyim və qalmağımla bağlı heç bir problem yoxdur. Hər gün eyni inamla çalışıram. "Neftçi" üçün nələr edə biləcəyimi, səviyyəmin necə olduğunu bilirəm. Peşəkar məşqçiyəm. Müqaviləyə imza atanda bilirdim ki, risklər haradadır. İnanın ki, hər gün bu hiss ola-ola işləyə bilmərəm. Əldə etdiklərimə görə məmnunam".
Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Qəbələ" oyunu saat 20:00-da başlayacaq.

İdman       Tarix: 03 iyun 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

UEFA Avropa Liqası: "Qarabağ" cavab oyununa çıxır

"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq. bildirir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda İslandiyanın "Vestri" komandasının qonağı olacaq

FIFA DÇ-dən bu qədər pul qazandı

FIFA bu yay baş tuan dünya çempionatından əldə olunan rekord gəliri açıqlayıb. KONKRET.azxəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. Məlumata görə, ali futbol qurumu turnirdən 15 milyard dollar (25,

65 saniyəyə uduzan Makqreqordan çağırış

Mütləq Döyüş Çempionatının (UFC) sabiq çempionu, irlandiyalı idmançı Konor Makqreqor ABŞ-li Maks Holloueylə baş tutan qarşılaşmasının ləğv edilərək baş tutmamış hesab olunması üçün çağırış edib. xəbər verir ki, döyüşçü b

Çempionlar Liqası: "Sabah"ın 2-ci təsnifatdakı rəqibi bəlli oldu

UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçirilir. xəbər verir ki, təmsilçimiz "Sabah" Uelsin TNS klubu ilə cavab görüşünə çıxıb. Hazırda hesab açılmayıb və ümumi nəticədə klubumuz 2:0 öndədir

Səudiyyə Ərəbistanının ev sahibliyi edəcəyi DÇ-2034 təxirə salına bilər

Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan 2034-cü il futbol üzrə dünya çempionatı (DÇ-2034) 2035-ci ilə təxirə salına bilər. KONKRET.azxəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Buna səbə

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycanın UEFA reytinqindəki əmsalı daha da yüksəlib. milliaz-a istinadən xəbər verir ki, buna "Qarabağ" və "Zirə"nin avrokubokların I təsnifat mərhələsinin cavab oyunlarında qazandıqları qələbələ

"Gedişatı dəyişmək üçün hər şey edəcəklər" - Rəşad Sadıqov

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində "Torpedo" (Kutaisi) ilə keçiriləcək cavab oyunu barədə fikirlərini bölüşüb. xəbər verir ki, o, mətbuat konfransınd

DÇ-də final matçı təxirə salına bilər

İspaniya və Argentina milli komandaları arasında keçiriləcək futbol üzrə dünya çempionatının final matçı Kanadadakı meşə yanğınları səbəbindən təxirə salına bilər. KONKRET. -a istinadla xəbər verir ki, qatı tüstü Kanadanı

Seneqal millisinin əsas həkimi ginekoloq imiş

Seneqal Futbol Federasiyasının rəhbəri Abdulay Fall bildirib ki, 10 ildən çoxdur millidə çalışan komandanın ştatlı həkimi ginekoloqdur.  İdman.Biz-ə istinadən bildirir ki,  Seneqal milli komandası 1/16 finalda Belçikaya (2:3


son xeberler yeni xeberler azerbaycan xeberleri azerbaycan son xeber bugun xeber.az xankendi cəbhədən yeni xəbərlər