Bu sürücülərin 'prava'sı əlindən alınacaq
Azərbaycan Respublikasında yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən inzibati cərimələrin vaxtında ödənilməməsi sürücülər üçün əlavə hüquqi nəticələr yarada bilər. Xüsusilə, uzun müddət ödənilməyən inzibati cərimələrin sürücülük hüquqlarına təsir edib-etməyəcəyi tez-tez müzakirə olunan məsələlərdəndir.
Bəs, inzibati cəriməni ödəməyən sürücülərin sürücülük hüququ məhdudlaşdırıla bilərmi?
azxeber.com xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən vəkil Tural Həsənli bildirib ki, belə hallar qanunvericilikdə nəzərdə tutulub və konkret müddətlər çərçivəsində tədbirlər görülür.
"Müvafiq qərar qüvvəyə minir. Əgər 3 ay ərzində cərimə ödənilməzsə və bunun üçün qanuni əsas olmazsa, tədbir görülür. Həmin şəxsə qarşı əlavə qərar qəbul edilir. Onun nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılır. Eyni zamanda cərimənin ödənilməsi üçün iş məcburi icraya göndərilir.
Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı
"İcra haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür".
Vəkil vurğulayıb ki, belə halların qarşısını almaq üçün sürücülər cərimələri vaxtında ödəməli və məsuliyyətdən yayınmamalıdırlar.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq