Buraxılış və qəbul imtahanlarının proqramlarına dəyişiklik edildi

Buraxılış və qəbul imtahanlarının proqramlarına dəyişiklik edildiAzərbaycanda buraxılış və qəbul imtahanlarının proqramlarına dəyişiklik edilib.
Bu barədə azxeber.com-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərən fənlər üzrə işçi qruplarında 2023-cü ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanları üçün proqramların müzakirəsi başa çatıb. Proqramlar respublikanın ümumtəhsil məktəblərində müvafiq fənlər üzrə qüvvədə olan dərsliklər və fənn kurikulumlarının məzmun standartlarının tələbləri və təlim nəticələri əsasında hazırlanıb, təkmilləşdirilib.
Müzakirələr zamanı 9 və 11-ci siniflərdə təhsil alanların aşağı siniflərdə keçdikləri dərsliklərlə hazırda həmin siniflərdə qüvvədə olan dərsliklər müqayisə edilib. Onlarda olan yeniliklər və fərqlər müəyyənləşdirilib. Proqramlara yalnız hər iki dərslikdə eyni olan mövzular və faktlar daxil edilib, dəqiqləşdirmələr aparılıb. Məktəb kursundan çıxarılmış mövzular proqramlardan da çıxarılıb.
Azərbaycan dili fənni üzrə
Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarına "Vurğu" daxil edilib.
Ədəbiyyat (Azərbaycan bölməsi) fənni üzrə
Dərsliklərdən çıxarıldığı üçün Mehdi Hüseynin "Odlu qılınc" əsəri və Bəxtiyar Vahabzadənin "Vətəndaş" şeiri proqramdan çıxarılıb.
Riyaziyyat fənni üzrə
Dərsliklərdən çıxarıldığı üçün "Triqonometrik bərabərsizliklər" mövzusu tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarından çıxarılıb. Həmçinin tədrisinin bir hissəsi mart ayından sonraya düşdüyünə görə "Törəmə və onun tətbiqləri" və "Funksiyanın limiti" mövzuları tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramından çıxarılıb. Həmin mövzular ali təhsil müəssisələrinə qəbul imtahanı proqramında saxlanılıb.
Kimya fənni üzrə
"Məhlulların qarışdırılma düsturları" mövzusu, həmçinin disaxaridlərdən laktoza həm I, həm də IV ixtisas qrupları üzrə qəbul proqramlarından çıxarılıb. Bununla yanaşı, I ixtisas qrupu üzrə qəbul proqramından "Qeyri-üzvi birləşmələr arasında genetik əlaqə" çıxarılıb. IV ixtisas qrupu üzrə isə "Zaytsev qaydası" və "Qarışqa turşusunun xüsusi xassələri" mövzuları qəbul proqramından çıxarılıb.
Fizika fənni üzrə
Dərsliklərdən çıxarıldığına görə "Çevrə üzrə bərabərsürətli hərəkət", "Termodinamikanın birinci qanununun izoproseslərə tətbiqi", "Adiabat proses", "Biratomlu ideal qazın xüsusi istilik tutumu ", "Proyeksiya aparatı" mövzuları qəbul proqramından çıxarılıb. Dərsliklərdə olan və hazırkı abituriyentlərin keçdikləri: "Dəyişən elektrik cərəyanı" bölməsi və "Radius-vektorun dönmə bucağı", "İnfrasəs", "Radiolokasiya", "Elementar zərrəciklər" mövzuları qəbul proqramına daxil edilib.
Ədəbiyyat (rus bölməsi) fənni üzrə
Dərsliklərdən çıxarıldığına görə aşağıda adları göstərilən əsərlər proqramdan çıxarılmışdır.
Azərbaycan ədəbiyyatı
Дастан "Кёроглу" (глава "Приход Демирчиоглы в Ченлибель").
Мухаммед Физули. Газель "Бессилен друг, коварно время... ".
Молла Панах Вагиф. Газель "Кто заболеет любовью... ", гошма "Байрам".
Сеид Азим Ширвани. Стихотворение "К мусульманам Кавказа".
Мирза Фатали Ахундзаде. Комедия "Везирь Лянкяранского ханства".
Самед Вургун. Стихотворение "Горы".
Мир Джалал Пашаев. Рассказ "Сирота".
Расул Рза. Стихотворение "Карабах".
Бахтияр Вагабзаде. Стихотворение "Карабахский конь".
Гусейн Аббасзаде. Отрывок из цикла "Той победной весной" (в объёме учебника).
Rus ədəbiyyatı
ЛИТЕРАТУРА XVIII ВЕКА
Николай Михайлович Карамзин. Повесть "Бедная Лиза".
ЛИТЕРАТУРА ХIХ ВЕКА
Александр Сергеевич Пушкин. Стихотворе­ние "И.И.Пущи­­ну" ("Мой первый друг, мой друг бесценный…"). Поэма "Кавказский пленник". Трагедия "Скупой рыцарь".
Иван Сергеевич Тургенев. Рассказ "Бежин луг".
Фёдор Михайлович Достоевский. Роман "Бедные люди".
Лев Николаевич Толстой. Рассказ "Люцерн". Драма "Живой труп".
Антон Павлович Чехов. Рассказ "Смерть чиновника". Комедия "Чайка".
ЛИТЕРАТУРА ХХ ВЕКА
Владимир Владимирович Маяковский. Стихотворение "Необычайное приключение...".
Иван Третьяков. Рассказ "Бывают минуты...".
Dünya ədəbiyyatı
Жан Батист Мольер. Комедия "Тартюф".
О. Генри. Новелла "Последний лист".
Ədəbiyyat nəzəriyyəsi
Понятие о стихосложении. Трёхсложные размеры: дактиль, амфибрахий, анапест.
Bununla yanaşı, proqrama
ЛИТЕРАТУРА ХIХ ВЕКА
Антон Павлович Чехов. "Маленькая трилогия" (общая характеристика); "О любви" daxil edilmişdir.
Bir sıra proqramlarda müvafiq dərsliklərə uyğun yalnız redaktə xarakterli düzəlişlər edilib.
Məlumat üçün bildirilir ki, ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanları proqramlarının tam mətni "Abituriyent" jurnalının xüsusi buraxılışlarında, ali təhsil müəssisələrinə qəbul imtahanları proqramlarının tam mətni isə "Abituriyent" jurnalının birinci sayında dərc ediləcək.

Sosial       Tarix: 03 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezenesi cəbhədən görüntüleri son xeberler bugun 2026 muharibe cəbhədən canlı