"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsil olunub. Holdinqin tərkibindəki"BE Group" şirkətinin sərgidə təqdim etdiyi məhsullar və innovativ həllər ziyarətçilərin diqqətini cəlb edib.
Bakı Ekspo Mərkəzindəkeçirilən sərgidə "BE Group"un "BE Pen" və "Winlab" markaları, eləcə də şirkətinAzərbaycanda rəsmi istehsalçısı olduğu "Winsa" brendi nümayiş etdirilib. Sərgiçərçivəsində məhsullarla tanış olan sahibkarlar və şirkət nümayəndələri ilə əməkdaşlıqimkanları ətrafında ilkin danışıqlar aparılıb.
Sənaye istehsalıvə beynəlxalq keyfiyyət standartları
"BE Group"un təqdimatındaxüsusi yer tutan "BE Pen" məhsulları Cahan sənaye kompleksində istehsal olunur.20 000 m² qapalı sahəyə və aylıq 750 ton istehsal gücünə malik kompleksdəmüasir texnologiyalar əsasında hazırlanan məhsullar dünya standartlarınauyğunluğu, keyfiyyəti, funksionallığı və ekoloji cəhətdən təhlükəsiz olması iləseçilir. (ISO 14001)
Sərgiiştirakçılarına "BE Pen" markasına məxsus Dominant 70, Dominant 60 və Renessans60 PVC profil sistemləri həm rəqəmsal, həm də fiziki formatda təqdim edilib. Buyanaşma ziyarətçilərə məhsulların xüsusiyyətləri ilə ətraflı tanış olmaq imkanıyaradıb.
Beynəlxalq təcrübəvə yerli istehsalın vəhdəti
Dünya miqyasındatanınan Belçikanın "Deceuninck" şirkətinin "Winsa" brendinin Azərbaycandakı rəsmiistehsalçısı (03.08.2026 Naxçıvan razılaşma müqaviləsinə əsasən) olan "BEGroup" sərgidə bu markanın PVC profil sistemlərini də nümayiş etdirib. Təqdimatyerli istehsal imkanlarının beynəlxalq təcrübə ilə birləşdirilməsini və tikintisektoru üçün məhsul çeşidinin genişliyini ön plana çıxarıb.
"BE Group"un tərkibindəfəaliyyət göstərən "Winlab" isə rəsmi qapı və pəncərə emalatxanası kimi təqdimolunub. Avtomatlaşdırılmış istehsal prosesi əsasında fəaliyyət göstərənemalatxana yüksək sürət və keyfiyyət prinsiplərini əsas götürür.
Rəqəmsal həllər vəmüasir təqdimat
"BE Group"un"BakuBuild" sərgisindəki stendi məhsul çeşidi ilə yanaşı, detallı təqdimatı vərəqəmsal həlləri ilə də fərqlənib. İstehsal imkanlarının, məhsul xüsusiyyətlərininvə texnoloji yanaşmaların əyani və rəqəmsal formatda nümayişi markalarınpotensial tərəfdaşlarla daha yaxından tanışlığına şərait yaradıb.
Qeyd edək ki,stendi Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, NaxçıvanMuxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri və"Cahan Şirkətlər Qrupu"nun təsisçisi Vüqar Abbasov da ziyarət edib, innovativ həllər,gələcək addımlar barədə tövsiyə və göstərişlərini verib.
"CahanŞirkətlər Qrupu"nun "BakuBuild" sərgisində iştirakı holdinqin sənayeistehsalının inkişafı, müasir texnologiyaların tətbiqi və yerli məhsullarınbazarda mövqeyinin gücləndirilməsi istiqamətində fəaliyyətinin növbəti addımıolub.
Xatırladaq ki, "Cahan Şirkətlər Qrupu" 1995-ciildən Azərbaycanda fəaliyyət göstərən şirkətlər qrupudur. Hazırda 22 əsas vəbir neçə törəmə şirkəti özündə birləşdirir.
"Cahan ŞirkətlərQrupu" avtomobil biznesi və texniki xidməti, tütün və çay məmulatlarıistehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət,turizm, tikinti sahələrində nəzərə çarpacaq irəliləyişlər əldə etməklə bərabər,hazırda bəzi tanınmış brendlərin rəsmi nümayəndəsidir.









/ azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
Su bidonuna düşən 7 yaşlı uşaq öldü