Canni De Byazinin AFFA rəhbərliyinə verdiyi hesabat açıqlandı
İtaliya mətbuatı Azərbaycan milli komandası ilə yollarını ayıran baş məşqçi Canni De Byazinin İcraiyyə Komitəsinin fövqəladə iclasında AFFA rəhbərliyinə verdiyi hesabatı açıqlayıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis yığıncaqda yığmaya rəhbərlik etdiyi 3 il ərzində komandanın inkişaf etdiyini və tarixi uğura imza atdığını bildirib.
"İlk dəfə beş komandalı qrupda 7 xal topladıq. Həmçinin ardıcıl beş oyunda qələbə qazandıq ki, indiyədək Azərbaycan millisinin tarixində belə nəticə olmamışdı. Belçika ilə ilk matçda, Avstriya və İsveçlə görüşlərdə sərgilədiyimiz oyunla düzgün yolda olduğumuzu göstərdik. Yaxşı oyunçulardan ibarət maraqlı komanda formalaşdırdıq. Buna baxmayaraq, artıq burada qalmaq istəmirəm. Beləliklə, mən bütün şübhələri və çaşqınlığı aradan qaldırıram. Siz istədiyiniz seçimi etməkdə sərbəstsiziniz. Hər şey üçün təşəkkür edirəm. Sizinlə işləmək xoş idi və mənim üçün əla təcrübə oldu. Daha yaxşı işlər görə biləcəyimizə ümid edirdim", – De Byazi AFFA rəhbərliyinə hesabatında vurğulayıb.
Qeyd edək ki, AFFA-nın baş katibi Sərxan Hacıyev iclasdan sonra jurnalistlərə açıqlamasında Canni De Byazinin yığmadakı fəaliyyətinin müzakirə olunduğunu və onunla müqavilənin uzadılmamasına qərar verildiyini bildirib.Modern.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi