Cəbhədən qayıdan könüllü Ruslan Nuriyev: "Düşüncələrimdə hələ də özümü müharibənin içində hiss edirəm
Cəbhədən qayıdan könüllü Ruslan Nuriyev: "Düşüncələrimdə hələ də özümü müharibənin içində hiss edirəm"
32 yaşlı Ruslan Nuriyev Qubadlı, Cəbrayıl və Füzuli rayonlarının azadlığı üçün döyüşən Vətən müharibəsi iştirakçılarından biridir.
Bu günlərdə ordu sıralarından tərxis olunaraq Bakıya - evinə qayıdan hərbi qulluqçumuz Media.Az-a öz döyüş yolundan danışıb.
O, qeyd edib ki, ötən ilin iyul ayında ermənilərin Tovuz rayonu istiqamətində həyata keçirdikləri təxribatdan sonra könüllü olaraq ordu sıralarına yazılıb.
"Vətən müharibəsinin ilk günü - 27 sentyabrda xidmətə çağırıldım. 28 sentyabrda Bakıdan çıxdıq, axşam Gorana çatıb kazarmada yerləşdik. 43 nəfərlik minaatan batareyasına yazıldım. Gərgin məşqlər başladı, döyüşə hazırlaşırdıq. Batareyamızın bir hissəsinin olduğu 391 nəfərlik taborumuzun komandiri Polkovnik Elman Nəzirov idi. O, bizə çox şeylər öyrətdi, ondan öyrəndiklərimizin nəticəsində bir çoxumuz evə sağ-salamat qayıda bildik".
Ruslan Nuriyev – fotoda sağda
Müsahibimiz bildirdi ki, xidmətini Qubadlı, Cəbrayıl və Füzuli istiqamətlərində aparıb.
"Ancaq ən çox Qubadlı uğrunda - Xanlıq kəndindən Çərəli kəndinin sərhədinə qədər olan ərazidə döyüşlərdə iştirak etmişəm. Ən çətini döyüş yoldaşlarımın yaralandığını, ölümünü görmək idi.
Bir dəfə başqa bir dəstədən olan maşının böyük sürətlə bizə tərəf hərəkət etdiyini gördük. Maşından düşən komandir göz yaşları içərisində sanitara tərəf qaçdı. Biz yoldaşlarımızla maşına tərəf yaxınlaşdıq və qanı axan hərbi qulluqçunu gördük. Döyüşə getməmişdən əvvəl hamımıza sarğılar verilmişdi. Üç-dörd paketim var idi. Yaralı şəxsə kömək etmək qərarına gəldim. Sarğının biri ilə yaranı sıxıb, digəri ilə o hissəni sarıyaraq qanaxmanı birtəhər dayandırmağa çalışdım. Bəzilərinin yaxınlıqda qusduğunu gördüm. Çalışırdım, baş verənlərə sakit reaksiya verim. Bütün bunları müharibədə görməyə alışırsınız".
Dağıdılmış bulaqda
R.Nuriyev bildirdi ki, minamyotların yerdəyişməsini özləri həyata keçiriblər.
"Bir neçə hissəyə söküb çiyinlərimizdə daşıyırdıq. Güllə keçirməyən jileti, daraq qabını, əşyalar olan çantaları da həmçinin. Əlbəttə, çətin olurdu, 60-70 kiloqram yüklə hərəkət edirdik. Bir-iki kilometrə qədər hərəkət edib, sonra yenidən səngər qazıb mövqelər tutulurdu".
Müsahibmiz bildirdi ki, müharibə bitəndən sonra Qubadlı rayonunda, sərhəd ərazidə xidmət aparıb. Onlar ərazinin sərhəd qoşunları tərəfindən nəzarətə götürülməsini gözləyiblər.
Ruslan Nuriyev – fotoda sağdan birinci
R.Nuriyev müharibədən sonra dinc həyata necə uyğunlaşmasından da söz açıb:
"Nəfəs almaq bir az çətindi, elə bil daxilimdə soyuq qalıb, sinəmdə ağrı hiss edirəm, böyrəklərimə soyuq olub, müalicə olunacağam. Normal qidalana bilmirəm, əvvəllər yaxşı iştaham var idi, indi az yeyirəm. Evə gəldikdən sonra bir həftə gecə yatmadım - qulaqlarımda davamlı olaraq səslər eşidirdim. Düşüncəmdə hələ də özümü müharibənin içində hiss edirəm".

Turlar.az [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var