Cəbrayıla və Şuşaya köç karvanı yola salındı - 'Dövlət investisiyaları Qarabağda katalizator rolunu oynayacaq

Cəbrayıla və Şuşaya köç karvanı yola salındı - 'Dövlət investisiyaları Qarabağda katalizator rolunu oynayacaqMəlum olduğu kimi, ötən həftə "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad edilmiş torpaqlara - Cəbrayıla növbəti köç karvanı yola salınıb.
Bu gün isə Şuşa şəhərinə əhalinin bir qisminin köçürülməsi reallaşıb.
Bütün bu "Böyük Qayıdış" layihəsi fonunda işğaldan azad edilmiş ərazilərimiz ilbəil çiçəklənir, müasir infrastrukturla təmin edilir və bütün qeyd edilən islahatlardan sonra əhali əmin-amanlıqla buraya, öz dədə-baba yurdlarına geri dönür.
Bəs dövlətin işğaldan azad edilmiş rayonlardakı yaşayış strategiyasını necə xarakterizə etmək olar?
Gələcəkdə bundan savayı hansı dövlət layihələrinin tətbiq olunması müşahidə edilə bilər?
Vacib məsələ ətrafında suallara cavab verən Milli Məclisin deputatı Müşfiq Cəfərov azxeber.com-a açıqlamasında işğal edilmiş rayonlardakı yaşayış strategiyası və həyata keçirilən dövlət proqramları haqqında ətraflı danışıb:
Cəbrayıla və Şuşaya köç karvanı yola salındı - 'Dövlət investisiyaları Qarabağda katalizator rolunu oynayacaq"Qarabağ münaqişəsinin həlli regional iqtisadi-ticarət və nəqliyyat-kommunikasiya əlaqələrinin canlanmasına yol açacaqdır. Bu amil regionda, eləcə də Cənubi Qafqaz ölkələrində iqtisadi fəallığın artması Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafında maraqlı olan bütün tərəflərin maraqlarına xidmət edir. Naxçıvan dəhlizi də dənizə çıxışı olmayan Muxtar Respublikanın təcrid olunmasına son qoyacaq, eyni zamanda Asiya ilə Avropa arasında daha sıx əlaqəni təmin edəcək. Azərbaycan regionun istifadə olunmamış potensial imkanlarına əsaslanaraq Qarabağı inkişaf, sülh və təhlükəsizlik platformasına çevirir".
Millət vəkili həmçinin Azərbaycan tolerantlıq və multikulturalizm nümunəsi olaraq müharibə və işğalın dağıdıcı təsirlərindən sonra Qarabağın xristian və müsəlman irsinin bərpası planlarını da açıqlayıb:
"2025-ci ilədək qarşıya qoyulmuş məqsədlərdən biri də məhz xarici investorların dünya standartlarına uyğun fəaliyyət göstərməsinə şərait yaradacaq biznes mühitinin təmin edilməsidir. Qarşıya qoyulmuş hədəflərdən ən başlıcası qeyri-neft sektoruna yönəldilmiş birbaşa xarici investisiyaların qeyri-neft ÜDM-dəki payının artırılmasıdır. Qarabağın yenidənqurulmasına dövlət və qeyri-dövlət investisiyalarının cəlb edilməsi davamlı iqtisadi artımın əsasını qoyacaqdır. Dövlət investisiyaları Qarabağda katalizator rolunu oynayacaq və qeyri-dövlət investisiyalarına zəmin yaradacaq. Artıq Türkiyə, İtaliya, Böyük Britaniya, Pakistan və İsraildən Qarabağın bərpasına yönəlmiş sərmayə axını başlayıb. Qarabağda mədənçıxarma, metallurgiya, qida emalı, trikotaj, turizm, kənd təsərrüfatı, yaşıl energetika sahələrinin inkişafı üçün böyük potensial var. İşğaldan azad edilmiş ərazilərdə yaradılacaq yeni iqtisadi dəyər Azərbaycan dövlətinin maliyyə xərclərini dəfələrlə üstələyəcəkdir. Bu ərazilərin bərpası ilə çoxlu sayda yeni iş yerləri açılacaq. Belə ki, yeni infrastruktur layihələrinin həyata keçirilməsi vətəndaşlarımızin işlə təminatına müsbət təsir göstərəcək. İqtisadiyyatın inkişafı yeni iş yerlərinin açılmasına zəmin yaradacaq".
Məsələ ilə bağlı azxeber.com-a açıqlama verən siyasi şərhçi Qabil Hüseynli bildirib ki, dövlətin "Böyük Qayıdış" siyasətini yüksək qiymətləndirir:
Cəbrayıla və Şuşaya köç karvanı yola salındı - 'Dövlət investisiyaları Qarabağda katalizator rolunu oynayacaq""Böyük Qayıdış" konsepsiyasını çox yüksək qiymətləndirirəm. Çünki həmin yerlərdə əhali köçülməmişdən əvvəl abadlıq işləri aparılır. Müasir infrastruktur yenidən qurulur. Bundan başqa, əhalinin rahatlığı üçün lazım olan, uşaqların təhsili üçün, mədəniyyət üçün lazım olan bütün infrastrukturlar qurulur. Dövlət böyük pullar xərcləyir, sərmayə qoyur. Mənə elə gəlir ki, indiki təcrübədən gələn köçürmə - "Böyük Qayıdış" formalarında istifadə ediləcək."Böyük Qayıdış" proqramı uğurlu həyata keçirilir. Həmin düşmən tapdağında olan torpaqlar sürətlə mənimsənilib və torpaqlarımız öz sahibinə qayıdıb, eyni zamanda öz sahibi artıq əkib-becərməyə başlayıb".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" mövzusunda dərc edilib.
Cəbrayıla və Şuşaya köç karvanı yola salındı - 'Dövlət investisiyaları Qarabağda katalizator rolunu oynayacaq

Siyasi       Tarix: 04 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə


yeni xeberler azerbaycan xeberleri son xeberler kriminal cəbhədən video krminal bu gun son xəbərlər azərbaycanda