Dünya savaş və diplomatiya arasında: Yaxın günlərdə ELƏ BİR QƏRAR VERİLƏCƏK Kİ

Dünya savaş və diplomatiya arasında: Yaxın günlərdə ELƏ BİR QƏRAR VERİLƏCƏK KİDünya kritik gözləmə vəziyyətindədir – Birləşmiş Ştatlar ya İrana qarşı birbaşa hərbi əməliyyatlara başlaya bilər, ya da diplomatik yolla razılığa gələrək Tehranı nüvə proqramından tamamilə əl çəkməyə məcbur edə bilər. ABŞ Prezidenti Donald Tramp bu barədə mövqeyini açıq şəkildə bildirib: "Söhbət təkcə atəşkəsdən deyil, İranın nüvə silahından tam imtinasından gedir".
Dünya savaş və diplomatiya arasında: Yaxın günlərdə ELƏ BİR QƏRAR VERİLƏCƏK KİRegionda vəziyyətin gərginləşməsi fonunda Tramp Ağ Evin "situasiya otağında" milli təhlükəsizlik müşavirləri ilə fövqəladə iclas keçirib. İclasın detalları gizli saxlanılsa da, Vaşinqtondakı siyasi müşahidəçilər Tramp administrasiyasının İsrailə hərbi dəstək göstərmək istiqamətində addım atmağa yaxın olduğunu bildirirlər.
Trampın İsrailin hərbi planlaşdırmasından təsirləndiyi və baş nazir Benyamin Netanyahu ilə son telefon danışığından sonra məsləhətçilərinə "Düşünürəm ki, ona kömək edə bilərik" dediyi qeyd olunur. Bu, Trampın aylar boyunca İsraili İrana qarşı genişmiqyaslı hücumdan çəkindirməyə çalışdığı siyasətdən kəskin dönüş kimi dəyərləndirilir.
Dünya savaş və diplomatiya arasında: Yaxın günlərdə ELƏ BİR QƏRAR VERİLƏCƏK KİBununla belə, Tramp diplomatik yolun açıq qaldığını da istisna etmir. Əgər İran İsrailin davam edən raket zərbələrinə baxmayaraq danışıqlara razı olsa, Tramp vitse-prezident Cey Di Vansı və Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkofu Tehrana göndərə bilər.
Ancaq Tehran tərəfi hələlik razılığa meyil göstərmir, əksinə, "başlanmış döyüş"dən danışan Ali lider Xameneinin bəyanatları vəziyyəti daha da gərginləşdirir. İran "İsrail üzərində hava məkanını bağladığını" iddia etsə də, bu bəyanat ekspertlər tərəfindən blef kimi qiymətləndirilir.
Əgər hərbi dəstək qərarı verilərsə, ABŞ-İsrail planı üç əsas ssenariyə əsaslanacaq:
İsrail aviasiyasına ABŞ yanacaqdaşıyan təyyarələrinin dəstəyi;
ABŞ və İsrailin birgə hava hücumları;
ABŞ-ın strateji B-1 və B-2 bombardmançı təyyarələri və sualtı qayıqlardan buraxılan qanadlı raketlərlə hücumu.
Əlavə olaraq, ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin Osprey helikopterləri ilə İrana endirilə biləcək desant əməliyyatı ssenarisi də nəzərdən keçirilib, lakin risklərə görə rədd edilib.

Vaşinqtonda böyük müzakirə gedir: ABŞ-ın 40 min əsgərinin yerləşdiyi Yaxın Şərqdə müharibəyə cəlb olunmasının fəsadları, xüsusən də İranın Hörmüz boğazını bağlayacağı təqdirdə, dünya iqtisadiyyatı üçün dağıdıcı nəticələr doğura bilər.
Bəzi ekspertlər hesab edir ki, İranla nüvə proqramını dayandırmaq barədə razılaşma əldə olunsa belə, Tehran sonradan bu razılaşmanı pozaraq silahlanmanı davam etdirə bilər. Bu isə gələcəkdə İsrailə qarşı nüvə hücumu təhlükəsi yarada bilər.
Dünya savaş və diplomatiya arasında: Yaxın günlərdə ELƏ BİR QƏRAR VERİLƏCƏK KİBu arada Tramp ABŞ kəşfiyyat rəhbəri Talsi Qabbardla fikir ayrılığı yaşayıb. Qabbard İranın nüvə silahı hazırladığına dair sübut olmadığını desə də, Tramp bunun əksini düşünür və "onlar bu silaha çox yaxınlaşıblar" deyə bildirib.
Bütün bu gərginlik fonunda Tramp İsrailin kəşfiyyatına daha çox güvəndiyini bildirir. Onun fikrincə, İsrail tərəfi İrandakı real təhlükəni daha yaxşı bilir.
Beləliklə, dünya kritik seçim qarşısındadır – sülh və diplomatiya, yoxsa böyük Yaxın Şərq savaşı?
KONKRET.az-ın araşdırma qrupu

Siyasi       Tarix: 19 iyun 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son vəziyyət sonxeber az az xeber cəbhədən son durum