Cəlilabadda 20 yaşlı gənc bıçaqlandı
Fevralın 18-də saat 21 radələrində Cəlilabad rayonu ərazisində rayon sakini 2003-cü il təvəllüdlü Kənan İsmayılova bıçaq xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindənKONKRET.az-a verilən məlumata görə, araşdırmalarla cinayət əməlini 2000-ci il təvəllüdlü Əkbər Quliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.
K.İsmayılov xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağırdır.
Polis əməkdaşları tərəfindən Ə.Quliyev saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.
Kurslar.az kurslar [newsid: 0-123300]