Cəlilabadda kütləvi dava - Üç nəfər xəsarət aldı
Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.
KONKRET.azxəbər verir ki, hadisə rayonun Babalı və Şorbaçı kəndlərinin kəsişməsində yerləşən örüş sahəsində qeydə alınıb.
Məlumata görə, rayonun Babalı kənd sakini, 12 yaşlı Y.Əzizov Şorbaçı kəndindən olan 7 nəfər şəxs tərəfindən döyülüb. Daha sonra yeniyetmənin köməyinə gedən atası Qədəmşah Əzizov və əmisi Səməd Əzizov da orada döyülüblər.
Döyülən şəxslərin sözlərinə görə, onlar qonşu kənddə digər kənd sakinlərinə məxsus mal-qaranın örüş sahəsinə girdiyi üçün fiziki təzyiqlərə məruz qalıb. Qeyd olunub ki, təsadüfən oradan keçən yeniyetmə bu səbəbdən döyülüb.
Məlumata görə, dava zamanı qarşı tərəfdən də bir nəfər xəsarət alıb.
Yaralılara xəstəxanada müvafiq tibbi yardım göstərilib.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev faktı "Report"a təsdiqləyib. O bildirib ki, həmin mübahisə zamanı hər iki tərəfdən xəsarət alan olub.
DİN rəsmisi qeyd edib ki, faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır. Təyin olunmuş müvafiq ekspertizaların və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.//Report


Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu