"Çelsi"ni almaq istəyən üç əsas namizəd yekun danışıqlara çağırılıb
İngiltərənin "Çelsi" klubunu almağa əsas namizədlər danışıqların yekun mərhələsinə dəvət olunub.
KONKRET.az"The Sun"a istinadən xəbər verir ki, razılaşmanın son mərhələsini ABŞ-ın "The Raine Group" şirkəti aparır.
London təmsilçisini almaq üçün müraciət edənlər arasında "Mercesdes"də çıxış "Formula 1" pilotu Lüis Hemilton və məşhur tennisçi Serena Uilyamsın daxil olduğu konsorsium, ABŞ-ın "Los-Anceles Docers" beysbol klubunun sahiblərindən Todd Boeli, İtaliyanın "Atalanta" futbol klubunun və NBA-da çıxış edən "Boston Seltiks" komandasının sahibi Stiven Palyuka da var.
Yekun təqdimat həftəsonu baş tutacaq. Bütün iddiaçılar "Stemford Bric" stadionunun yenidən qurulması planlarını təqdim etməlidir. Bundan əlavə, həmin şəxsdən hən qısa, həm də ortamüddətli perspektivdə klubu maliyyələşdirməsi tələb olunacaq.
İngiltərə Premyer Liqası rəhbərliyi sahibləri yoxlamağa başlamazdan əvvəl "Çelsi"nin prezidenti Roman Abramoviç seçilmiş namizədi şəxsən təsdiqləməlidir. Klubun rəsmən mövsümün sonunda satılacağı ehtimal olunur.
Qeyd edək ki, rusiyalı Roman Abramoviç 2003-cü ildən "Çelsi"nin sahibidir. O, fevralın 26-da klubun idarəçiliyini "Çelsi" Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. Martın 2-də isə o, klubu satmaq niyyətində olduğunu açıqlayıb.//Report
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu