"Çelsi"nin yeni sahibləri bəlli oldu
İngiltərənin "Çelsi" klubunun yeni sahibləri bəlli olub.
KONKRET.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ABŞ-dan olan iş adamları Todd Boeli, Mark Uolter, isveçrəli milyarder Hansyorq Viss və "Clearlake Capital" investisiya şirkətindən ibarət qrup klubun alınması ilə bağlı şərtləri razılaşdırıb.
Yatırılan ümumi sərmayənin 2,9 milyard avrosu "zadəganlar"ın səhmlərinin alınmasına sərf olunacaq və bu gəlir xeyriyyə işlərinə yönləndiriləcək.
Bundan əlavə, yeni sahiblər kluba əlavə 2 milyard avro investisiya qoyacaqlar. Satışın mayın sonunda tam başa çatacağı gözlənilir.
Qeyd edək ki, Britaniya hakimiyyəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Roman Abramoviçin, o cümlədən klubunun aktivlərini bloklayıb. Bu səbəbdən funksioner fevralın 26-da klubun idarəçiliyini "Çelsi" Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. Martın 2-də isə o, klubu satmaq niyyətində olduğunu açıqlayıb.//Report
Turlar.az [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi