Çempionlar Liqası finalı İrəvanda keçiriləcək
UEFA Futzal üzrə Çempionlar Liqasının 2024-cü ildə baş tutacaq finalı Ermənistanda keçiriləcək.
KONKRET.az xəbər verir ki, bu barədə qitə futbol qurumu rəsmi məlumat yayıb. Ermənistan finalın keçirilməsi üçün namizədliyini verən Yunanıstan, Litva, Polşa, İspaniya və İsveçrə kimi ölkələri üstələyərək qalib olub və nəticədə həlledici matça ev sahibliyi edəcək.
Oyunlar İrəvanda yerləşən "Karen Dermiçyan Arena"da baş tutacaq. Yarımfinal oyunları mayın 3-də, 3-cü yer və final qarşılaşmaları isə mayın 5-də keçiriləcək.
Qeyd edək ki, Azərbaycanın bu turnirdə yeganə təmsilçisi "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəni dayandırıb. Offsideplus.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi