Çempionlar Liqası: "Qarabağ" Çexiya klubu ilə heç-heçə etdi

Çempionlar Liqası: "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
KONKRET.az-ın məlumatına görə, Azərbaycan çempionu Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüşün baş hakimi sloveniyalı FIFA referisi Slavko Vinçiç olub. Oyun qolsuz heç-heçə ilə yekunlaşıb.
Matçda əla başlayan "köhlən atlar" 3-cü dəqiqədə hesabı açmağa yaxın olub. Lakin qonaqların qapıçısı Yindrjix Stanek ardıcıl 3 epizodda əvvəl Marko Veşoviçin, ardınca isə Marko Yankoviç və Bədavi Hüseynovun zərbəsini dəf edib. Cəmi 5 dəqiqə sonra Veşoviçin sağ cinahdan iti ötürməsinə Abdullah Zubir toxuna bilməyib. 21-ci dəqiqədə rəqibin küc zərbəsi zamanı Ağdam klubunun futbolçuları topu qapı xəttindən çıxarıblar. 23-cü dəqiqədə meydanda insident baş verib. Qonaqların futbolçusu Con Moskera Veşoviçlə mübahisə edib. Bu zaman o, monteneqrolu oyunçunu itələyərək yıxıb. Nəticədə Moskera sarı vərəqə ilə cəzalandırılıb. 27-ci dəqiqədə rəqibi əks hücumda yaxalayan Zubir bir ötürmə ilə Vadjini qolkiperlə təkbətək qoysa da, seneqallı forvardın zərbəsini Stanek ayaqları ilə çıxarıb. 34-cü dəqiqədə Plzen təmsilçisindən Pavel Buxa yaxın məsafədən topu qapıdan keçirə bilməyib. 42-ci dəqiqədə Ramil Şeydayevin zərbəsi zəif alındığından, qapıçı topu asanlıqla tutub. 45-ci dəqiqədə Toral Bayramov iti bucaq altından qapını nişan alsa da, hədəfdən yayınıb. İlk hissə qolsuz heç-heçə ilə başa çatıb.
İkinci yarıda da üstünlük "Qarabağ"ın tərəfində olub. Bunun məntiqi nəticəsi kimi, 47-ci dəqiqədə Kadi Borgesin qüvvətli zərbəsi qapının üstündən keçib. Zubir 58 və 62-ci dəqiqələrdə qapı istiqamətində zərbə endirsə də, qolkiper hesabın açılmasına imkan verməyib. 73-cü dəqiqədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov 2 oyunçu dəyişikiyinə əl atıb. O, passivlərində sarı vərəqələri olan Yankoviçi Riçard Almeyda ilə, Vadjini isə Kvabena Ovusu ilə əvəzləyib. 75-ci dəqiqədə Vatslav Yemelkanın zərbəsində dəqiqlik çatmayıb. 83-cü dəqiqədə ikinci hissədə meydana daxil olan Filip ozobiçin qüvvətli zərbəsini Stanek çətinliklə dəf edib. 88-ci dəqiqədə Kadi Borgesin vurduğu top tirin üstündən keçib. Beləliklə, ilk görüşdə qolsuz bərabərlik qeydə alınıb.
Xatırladaq ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman       Tarix: 18 avqust 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonr

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər


son xeberler azerbaycan xeberleri yeni xeberler xabarlar son xabar xeberler bugun hava