Cənubi Çin dənizində mühəndis gəmisi QƏZAYA UĞRADI - 27 nəfər İTKİN DÜŞDÜ - VİDEO
Cənubi Çin dənizində 30 ekipaj üzvü olan mühəndis gəmisi qəzaya uğrayıb.
KONKRET.az "South China Morning Post"a istinadən xəbər verir ki, içərisində 30 ekipaj üzvünün olduğu mühəndis gəmisi Cənubi Çin dənizində qəzaya uğrayıb.
"Çaba" qasırğasının mərkəzində olan gəmi yarıya parçalanıb. Hadisə yerində iki xilasedici helikopter və bir təyyarə var. Hazırda 3 nəfər xilas edilib, qalan 27 nəfərin taleyi məlum deyil.
Qəza şəhərdən təxminən 300 km cənub-qərbdə baş verib. İki xilasedici helikopter və bir təyyarə hadisə yerindədir, daha iki helikopter isə tayfunun episentrinə doğru gedir.
Əməliyyata çətin hava şəraiti mane olub.
Bir gün əvvəl Honq-Konq tropik "Çaba" qasırğasının yaxınlaşması fonunda on ballıq miqyasda səkkizinci səviyyəli tufan xəbərdarlığını elan edib.
Bundan əvvəl Aralıq dənizi sularında qayığın qəzaya uğraması nəticəsində 90-dan çox miqrantın öldüyü bildirilirdi.
Xuraman Etibarlı,
KONKRET.az

Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu