Cənubi Qafqaz yolkasının altından SÜLH çıxacaqmı? - Şaxta Baba ilə Santa Klausun QARABAĞ QARTOPUSU

Cənubi Qafqaz yolkasının altından SÜLH çıxacaqmı? - Şaxta Baba ilə Santa Klausun QARABAĞ QARTOPUSUAzərbaycanlıların Şuşa-Xankəndi yolundakı etirazı davam etməkdədir. Düzü, irəliləyiş yoxdur. Yəni sülhməramlı kontingent Azərbaycanın müvafiq struktur əməkdaşlarının monitorinqinə icazə verməyib deyək, yoxsa şərait yaratmayıb kimi qələmə verək, hər nə cür olursa-olsun, etirazlar səngimir. Yenilik kimi sülhməramlıların Laçın yolundakı postlarını aksiyadan 40-50 metr uzaqlaşdırdığını göstərmək olar. Hər halda futbol üzrə dünya çempionatı bitdikdən sonra bu addım gözlənilən idi. Çünki aksiyada quraşdırılmış monitor vasitəsilə rus sülhməramlılar da futbol həyəcanı yaşayırdı. Mahnılarımızı isə əzbərləyəcək qədər dinləyib, doyublar. Həm də onlar Volkovun buyruğu ilə hərəkət edirlər deyə köhnə mövqelərinə qayıda bilərlər. Əsas odur ki, azərbaycanlılar sözügedən etirazlarla haqq səsini dünyaya çatdırmağa çalışdı:
– Dünya isə nədənsə ermənilərə görə təşvişə düşdü;
– Ekoterror, separatçılıq, sülhməramlı özbaşınalığı kimi məqamlar qınanmadı;
– Heç kim separatçı və sülhməramlılara Qarabağdan çıx demədi, amma Laçın yolundan azərbaycanlıların çıxmağını istədilər;
KONKRET.az xəbər verir ki, sülhməramlıların müvəqqəti məsuliyyət zonasında dünya deyəndə, sırf Rusiya yada düşür. Kreml isə Bakının qəti mövqeyini 2 il öncə də görüb və bilir ki, bu pozisiyada dəyişən heç nə yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək.
– Buna görə də, Rusiya hələ vaxtı varkən Qarabağı yağmalamaqla məşğuldur.
Odur ki, Cənubi Qafqazda stabilliyin olmaması, İrəvan ilə Bakı arasında sülhün əldə olunmaması bəzi qüvvələrə sərf edir. Bundan başqa supergüclər arasında rəqabət artıb və Qərb-Kreml qarşıdurması Qarabağa da siraət edib. Yoxsa Ermənistan və Azərbaycan liderlərinin dekabrın sonlarına planlaşdırılan Moskva görüşü belə yubanmazdı.
– Sülhün taleyi isə babaları tərəfindən insestə məruz qalan Qarqızın qismətinə oxşayır. Santa Klaus ilə Şaxta Babanın "Qarqız mənimdir" davası, Qərblə Kremlin Cənubi Qafqaz mübarizəsinə, Qarabağdakı sülh mübahisəsinə bənzəyir.
Etiraf edək ki, iki ölkə (Ermənistan-Azərbaycan) arasında sülh müqaviləsinə imkan verməyən qüvvələr var. Dəqiq desək, hər qütb – Qərb və Rusiya öz diktəsi, yaxud razılığı ilə sülhə nail olmaq istəyir. Ağ Ev Rusiyanı regiondan sıxışdırmaq istəyirsə, Kreml də ovucladığı bölgəyə amerikanları buraxmaq fikrində deyil. Bununla yanaşı, hər bir qütbün daxilində də ortaq mövqe çatışmazlığı, vahid çözüm xəttinin yoxluğu duyulmaqdadır:
– Qərbin barışıq ssenarisinə əsas maneə Fransadır;
– Rusiya bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığı bəyan edir, digər yandan Qarabağdakı "arsax" separatçılığının tərəfdarıdır.
Hər iki qütb Qarabağda bir-birini qartopu atəşinə tutub. Bu isə 2023-ün Yeni il yolkasının altından sülh hədiyyəsinin çıxmayacağı deməkdir.
Sonuncu fakt kimi, Nikol Paşinyanın Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirtməsini, daha əvvəl Kəlbəcər və Gədəbəy istiqamətlərində atəşkəsi pozmaqlarını, qondarma rejimin hələ də tərksilah olunmamasını, elə Arayik tayfasının da Azərbaycan torpaqlarında azərbaycanlıları hədəfə almasını göstərmək olar.
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 19 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR

Belçikanın paytaxtı Brüsseldə ictimai yerlərdə tətbiq olunan alkoqol qadağasının müddəti daha 4 il uzadılıb. xarici mətbuata istinadən xəbər verir ki, Belçikanın rəsmi xəbər agentliyi "Belga"nın məlumatına görə

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər az novruz bayramı cəbhədən son xəbərlər xeber