Cərimələr bağışlana bilər? – 'Bu tətbiq olunsa, sosial yük azalacaq

Cərimələr bağışlana bilər? – 'Bu tətbiq olunsa, sosial yük azalacaqQazaxıstanda ümumi məbləği 17 milyard tengedən çox olan 1 milyondan artıq ödənilməmiş cərimənin silinməsi planlaşdırılır. Daxili işlər nazirinin müavini Sanjar Adilovun sözlərinə görə, inzibati əfv 500 mindən çox vətəndaşı əhatə edə bilər. Əsasən yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələr silinəcək, lakin ağır və təkrar hüquqpozmalar bu əfvə daxil edilməyəcək.
Bəs, Qazaxıstanda tətbiq ediləcək bu təcrübənin Azərbaycanda da həyata keçirilməsi mümkündürmü? Azərbaycanda cərimələrin əfv olunması və ya silinməsi gündəmə gələ bilərmi?
Milli Məclisin deputatı Razi Nurullayev azxeber.com-a açıqlamasında bildirib ki, Azərbaycanda cərimələrin əfv edilməsindən daha çox onların mərhələli şəkildə ödənilməsi mexanizminin genişləndirilməsinə ehtiyac var.
Deputatın sözlərinə görə, Qazaxıstanda qəbul edilən qərar həmin ölkənin konkret dövr üzrə sosial və iqtisadi şərtləri nəzərə alınaraq verilib:
"Azərbaycanda cərimə siyasəti əsasən qanunlara əməl olunmasını təmin etməyə yönəlib. Bununla yanaşı, vətəndaşların cərimələrlə bağlı narahatlıqları da başadüşüləndir. Xüsusilə iqtisadi çətinliklər fonunda bəzi hallarda cərimələrin ödənilməsi ilə bağlı güzəştlərin tətbiqi və ya mərhələli ödəmə mexanizmlərinin genişləndirilməsi daha balanslı yanaşma ola bilər. Eyni zamanda, alternativ seçim imkanı olmayan yerlərdə tətbiq edilən cərimələrə də yenidən baxılması mümkündür".
R.Nurullayev hesab edir ki, əsas məqsəd həm intizamın qorunması, həm də sosial həssaslığın nəzərə alınması olmalıdır:
"Ən doğru yanaşma qanunlara riayət olunmasını təmin etməklə yanaşı, sosial vəziyyəti də nəzərə almaqdır. Bu baxımdan ümumi məsuliyyət prinsipinə xələl gətirmədən müəyyən kateqoriyalar üzrə məhdud və məqsədli güzəştlərin müzakirə olunması mümkündür".
Şəhanə Ziyad 

Sosial       Tarix: 03 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI

Azərbaycanın bank sektorunda 1 illik manat əmanətləri üzrə təklif olunan illik faiz dərəcələri açıqlanıb. KONKRET.azyenisabah-a istinadən xəbər verir ki, faizlərin müddətin sonunda götürülməsi şərti ilə en yüksək illik fai

ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb

Azərbaycan Beynəlxalq Bankının ("ABB") sistemində yaranan texniki nasazlıq müştərilər arasında narazılığa səbəb olub. Sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar başqa banklardan "ABB" kartlarına göndərilə

Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Bu barədə -a Konstitusiya Məhkəməsindən məlumat verilib. Qeyd olunub ki, məhkəmə iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilini

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb. Bildirilir ki, hazırda bölgələrdə kən

Pensiyaya çıxdıqdan sonra işləyənlərlə bağlı qərar – 6 il sonra

Azərbaycanda pensiya yaşına çatdıqdan sonra işləməyə davam edən şəxslərin pensiyalarının yenidən hesablanması ilə bağlı yayılan xəbərlər maraqla qarşılanıb. Əmək fəaliyyətini davam etdirən pensiyaçılar işlədikləri müddətd

Vo Thi An Suan ADNSU-da - FOTOLAR

Ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan oktyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) səfərdə olub. Vitse-prezidenti səfər zamanı Preziden

Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?

Azərbaycanda ailə daxilində əmlak bölgüsü və vərəsəlik məsələləri zaman-zaman mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlər müxtəlif səbəblərdən övladlarından birini mirasdan məhrum etmək, əmlaklarını isə digər övladların

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib


azerbaycan xeberleri yeni xeberler son xeberler enson xeberler sou biznes xabar az cəbhədən görüntülər