Çeslav Mixneviç: "Yatıb qalan Emreliyə etibar etmək olarmı?"

Çeslav Mixneviç: Polşa "Legiya"sının sabiq baş məşqçisi Çeslav Mixneviçin 2021-ci ilin oktyabrında istefa verməmişdən öncə komandanın futbolçuları ilə keçirdiyi son iclasının görüntüləri yayılıb.
KONKRET.az xəbər verir ki, "Kanal Sportowy"də yerləşdirilmiş videoda 51 yaşlı mütəxəssis oyunçuları sərt tənqid etdiyi məlum olur. O, xüsusən, Azərbaycan yığmasının hücumçusu Mahir Emrelini hədəfə alıb.
O bildirib ki, "Legiya" kimi böyük kluba gələn hər kəs bilməlidir ki, onu maliyyə və azarkeş məmnunluğundan əlavə, rəqabət gözləyir.
Daha sonra Mixneviç üzünü Emreliyə tutub: "Yatıb qaldığı üçün məşqə gecikən oyunçuya etibar etmək olarmı? "Lex"lə oyunumuza iki gün qalmış gəlib çıxan oyunçumuzu oturub gözləyirik. Gecə nə vaxt yatmaq lazımdır ki, ertəsi gün saat 11:00-dək oyana bilməyəsən? Saat 22:00-da yatağa girdikdə 14 saat yatmaq olarmı? Bu, mümkün deyil".
Təcrübəli mütəxəssis 24 yaşlı hücumçuya onun şəxsi həyatından da xəbərdar olduğunu deyib: "Bütün hərəkətlərin, tinderlər, axşam məclislərin, bir sözlə, hamısı mənə gəlib çatır. Bilərəkdən bəzi məsələlərə toxunmuram, çünki şəxsi həyatınıza müdaxilə etmək istəmirəm. Hər birinizin öz hədəfləriniz var. Amma bunlar qələbəmizə mane olursa, açıq danışmalıyam".
Mixneviç Emrelini real qol şanslarını qaçırmasına görə də qınayıb: "Varşavanın 2 milyon əhalisindən 1,5 milyonu "Legiya"nı dəstəkləyir. Biz isə belə münasibətlə onları yaralayırıq. Ona görə yox ki, Emreli "Lex"lə matçda qol imkanını əldən verdi. Özü də məyusdur. Üç aydır gələn şəxs mənimlə salamlaşır, kofe içir. Amma birdən-birə yeməkxanaya daxil olanda yanımda kölgə kiçir. Mən sənə heç nə etməmişəm. Nə etmisizsə, siz etmisiz, imkanlardan bir komanda kimi siz yararlanmamısız. Başa düşürəm ki, bu, topdur. Sən beynində çox şeyi yaxşılaşdırmalısan. Amma inciyirsənsə, ağlayırsansa, başqa həyat yaşayırsansa, bunu deməkdən qorxmuram: Bura Azərbaycanın çarı kimi gəlmisən, amma mənim üçün hamınız bərabərsiniz".
Çətin vəziyyətlərin çətin qərarlar tələb etdiyini vurğulayan baş məşqçi əlavə edib ki, "Pyast"la səfər oyununa müharibəyə getmək istəyən heyət aparacaq: "Silahınızın lüləsini mənə yox, rəqiblərinizə tuşlamalısınız. Kürəyimi nişan alanlar isə olduqları yerdə qalacaqlar".
Qeyd edək ki, Çeslav Mixneviçin bu iclasda dedikləri nəticə verməyib. "Legiya" 2021-ci il oktyabrın 24-də keçirilmiş görüşdə 1:4 hesabı ilə uduzub. Ertəsi gün isə baş məşqçi istefaya göndərilib."Report"

İdman       Tarix: 31 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada

FIFA prezidenti Canni İnfantino, U-15 dünya çempionatı və turnirinin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf mundialın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər

İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR 

FIFA prezidenti Canni İnfantino Bakıda U-15 dünya çempionatı və festivalının təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. xəbər verir ki, o, bununla bağlı İnstaqram hesabında paylaşım edib. Canni İnfantin

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

Konfrans Liqası: bu gün 18 oyun var

UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turunun oyunlarına bu gün start veriləcək. xəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu evdə Şotlandiyanın "Harts" komandası ilə üz-üzə gələcək. UEFA Konfran

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni


azerbaycan xeberleri yeni xeberler son xeberler oxu.az xeberler son xeberler bugun 2026 muharibe xeber.az son xeberler son xeberler azerbaycan