Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib

Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edibAzərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 12-ci Qlobal Bakı Forumu çərçivəsində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Rebeka Qrinspa ilə görüşüb.
azxeber.com xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan və BMT əməkdaşlığının müxtəlif aspektləri və perspektivləri, mina təhlükəsi ilə mübarizə səylərində qarşılıqlı fəaliyyət imkanları, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimiz və tədbirin təşkil olunması üzrə BMT ilə əməkdaşlığımızın nümunəvi xarakter daşıdığını, bundan sonra da bu dinamikanın davam etdirilməsinin əhəmiyyətini qeyd edib.
Nazir Ceyhun Bayramov ölkəmizin donor dövlət kimi həyata keçirdiyi beynəlxalq yardım təşəbbüslərindən ətraflı bəhs edib, xüsusilə COVID19 pandemiyası dövründə inkişaf etməkdə olan ölkələrin pandemiya ilə mübarizəsi, o cümlədən postpandemiya dövründə dəstəklənməsi üzrə bir sıra yardımlar həyata keçirdiyini diqqətə çatdırıb.
Qarşı tərəf, həmçinin COP29 çərçivəsində əldə olunan nailiyyətlər, xüsusilə iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət məqsədinin müəyyən olunması, Paris Sazişinin karbon bazarlarını tənzimləyən 6-cı maddəsi üzrə razılığın əldə edilməsi, bununla yanaşı həyata keçirilən bir sıra təşəbbüslər barədə ətraflı məlumatlandırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edibCeyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edibCeyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib

Siyasi       Tarix: 14 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan Prezidenti Dublində rumıniyalı həmkarı ilə görüşüb

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimi

İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantıla

Azərbaycanla Argentina arasında hüquqi əməkdaşlıq müzakirə olundu

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərini

Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi Azərbaycanın Dublində keçirilən Avropa Siyas

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

"Avropa Siyasi Birliyi"nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyə

Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi

Yeni Partiyanın Ankara İdman Salonunda keçirilən 1-ci Qurultayı ilk iş gününü başa vurub. TRT-yə istinadən xəbər verir ki, saat 15:30-da başlayan səsvermə prosesi saat 17:00-da yekunlaşıb. Seçkilərdə qeydiyyatdan keçmiş 120

İlham Əliyev və ailəsi COP31 Liderlər Sammitində iştirak edir

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

Prezident: Paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyirik

Azərbaycan Fələstin məsələsinə münasibətdə hər zaman həmrəylik nümayiş etdirərək bu problemin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlə

Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti

Azərbaycan sabitliyin ciddi amilidir, 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin ölkədə keçirilməsi isə Bakıya göstərilən etimadı, onun regional və beynəlxalq proseslərdəki rolunun tanındığını nümayiş etdirir


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son görüntülər novruz bayramı havanın temperaturu son xeberler bugun 2026 canli