Ceyhun Bayramov Əli Bağeri ilə telefon danışığı aparıb
21 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri vəzifəsini icra edə Əli Bağeri Kani arasında telefon danışığı baş tutub.
XİN-dən KONKRET.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov dəhşətli helikopter qəzası nəticəsində İran İslam Respublikasının Prezidentinin, xarici işlər nazirinin və digər rəsmilərin həlak olmasına görə dərindən kədərləndiyimizi qeyd edib, mərhumların ailələrinə, dost və qardaş İran xalqına başsağlığı diləklərini çatdırıb.
Nazir mərhum xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə səmimi və peşəkar təmaslar qurulduğunu, baş vermiş görüşlərin iki ölkə arasında münasibətlərin inkişafına və fikir ayrılıqları olan məsələlərin həllinə kömək etdiyini vurğulayıb.
Telefon danışığı zamanı, iki ölkə liderləri arasında sərhəddə baş vermiş görüşün tarixi əhəmiyyət daşıdığı, strateji layihələrin işə salınmasının, nəqliyyat, iqtisadiyyat, energetika sahəsində planların reallaşması üçün birgə səylərin bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd olunub. Azərbaycanın İrandakı Səfirliyinin işinin bərpa olunması üçün tədbirlər görüldüyü diqqətə çatdırılıb.
Tərəflər Azərbaycan və İran Prezidentləri arasında baş tutmuş görüş zamanı əldə edilmiş razılıqların icrasının hər iki ölkənin əlaqələrinin daha da dərinləşməsinə xidmət etdiyini bildiriblər.
İranının xarici işlər naziri vəzifəsini icra edən Əli Bağeri Kani Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Prezident Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı üçün səfirliyə gəlməsinin, başsağlığı məktubu göndərməsinin, xarici işlər naziri və digər rəsmi şəxslər tərəfindən başsağlığı məktublarının göndərilməsinin yüksək hörmət əlaməti olduğunu bildirib, və buna görə dərin minnətdarlığını çatdırıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var