Ceyhun Bayramov Pakistan Senatının sədri ilə COP29-a hazırlığı müzakirə edib

Ceyhun Bayramov Pakistan Senatının sədri ilə COP29-a hazırlığı müzakirə edibAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidentinin vəzifələrini icra edən, Senatın sədri Sayed Yusuf Raza Gilani ilə görüşüb.
azxeber.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Azərbaycan və Pakistan strateji tərəfdaşlığından irəli gələn məsələlər ilə yanaşı, regional və beynəlxalq vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov dost və qardaş Pakistana rəsmi səfəri zamanı göstərilən qonaqpərvərliyə görə təşəkkür edərək, ölkələrimiz arasında bu kimi səfər və təmasların mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafına töhfə verdiyini diqqətə çatdırıb.
Azərbaycan və Pakistan arasında zəngin ikitərəfli, o cümlədən regional və beynəlxalq platformalar çərçivəsində çoxtərəfli əməkdaşlıq gündəliyinin uğurlu inkişafının məmnunluq doğurduğu qeyd olunub. Xüsusilə, müdafiə, iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, turizm kimi sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin, habelə inkişaf üçün potensialın mövcudluğu vurğulanıb.
Dövlətlər və xalqlar arasında dostluq və əməkdaşlığa hər iki ölkənin parlamentləri arasında mövcud əlaqələr və təmasların töhfə verdiyi diqqətə çatdırılıb.
Regional və beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində qarşılıqlı dəstək və fəaliyyət məmnunluqla qeyd olunub.
Bununla yanaşı, digər müxtəlif regional çoxtərəfli formatlarda əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Postmünaqişə dövründə mövcud regional vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, keçmiş münaqişə zamanı, habelə hazırkı şəraitdə göstərilən siyasi və mənəvi dəstəyə görə Pakistana təşəkkür edib.
Hazırda işğaldan azad olunmuş ərazilərdə görülən genişmiqyaslı bərpa işləri, habelə Azərbaycan və Ermənistan arasında aparılan normallaşma və sülh danışıqlarından bəhs edən nazir Ceyhun Bayramov, ölkəmizin hər iki istiqamət üzrə fəaliyyətinin regional sülh və sabitliyə hesablandığını diqqətə çatdırıb.
Nazir Ceyhun Bayramov, eyni zamanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq və danışıqlar prosesi barədə qarşı tərəfi məlumatlandıraraq, iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyimizi bildirib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Siyasi       Tarix: 30 may 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib

Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan və Vyetnam arasındakı əməkdaşlıq yeni sahələrdə iş birliyini özündə ehtiva edir. xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Vyetnama rəsm

İlham Əliyev: Mən Vyetnama səfərimin nəticələrindən çox məmnunam

Prezident İlham Əliyevin sosial media hesablarında Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından verilən rəsmi nahar tədbirində çıxışından video paylaşılıb. xəbər verir ki, paylaşımd

Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gəlib. azərtac-a istinadən xəbər verir ki, Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlətimizin başçısını

Paşinyandan generala: "Sən oğrusan..."

Konstitusiya daxili gündəmdir, lakin istənilən ölkənin Konstitusiyası həm də ölkəni mövqeləndirir. xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 18-də parlamentdə hökumətlə sual-cavab sessiyası zaman

Ermənistan Azərbaycan və Türkiyə sisteminə QOŞULUR - Paşinyan yeni planını AÇIQLADI

TRIPP proqramının əsas istiqamətlərindən biri energetika və elektrik enerjisinin tranzitidir. KONKRET.azxəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Ermənista

1000 nəfərin müəmmalı taleyi – Paşinyan Azərbaycana üz tutdu

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə etdiklərini açıqlayıb. xəbər verir ki, Paşinyan bu barəd

Tramp-Putin-Szinpin görüşü - Bəyannamənin tam mətni

Üçtərəfli görüşdən sonra Rusiya, Çin və ABŞ dövlət başçılarının Sülh haqqında Bəyannaməsi qəbul edilib. xəbər verir ki, Kreml bəyannamənin tam mətnini dərc edib. Bəyannamədə bildirilib ki, Rusiya Federasiyasının Prezident

Dünyanı nə gözləyir? – ABŞ və İranla bağlı mühüm AÇIQLAMA

ABŞ və İran arasında son dövrlər artan hərbi-siyasi gərginlik beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Tərəflərin qarşılıqlı təhdidləri, regionda hərbi fəallığın artması və diplomatik münasibətlərdə yaranan fikir ayrılıqlar

İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib. müsahibəni təqdim edir. - Hörmətli cənab Prezident, ikitərəfli əməkdaşlığın tarixində yeni mərhələnin başlanması ilə əlamətda


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxabar son xeberler bugun sonxabar az enson xeberler