Ceyhun Bayramov Yunanıstan səfiri ilə görüşüb
Xarici İşlər naziri Ceyhun Bayramov Yunanıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqosu qəbul edib.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, görüşdə ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əlaqələr barədə fikir mübadiləsi aparılıb.
Hər iki tərəf vurğulayıb ki, ikitərəfli münasibətlərə böyük əhəmiyyət verirlər və bu əlaqələri hər iki ölkənin qarşılıqlı mənfəəti naminə bütün sahələrdə daha da inkişaf etdirməyə hazır olduqlarını ifadə ediblər.
Xüsusilə də Azərbaycan ilə Yunanıstan arasında əməkdaşlıq potensialından tam istifadə olunmasının vacibliyi vurğulanıb.
Tərəflər beynəlxalq təşkilatlarda əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.
Milli.Az /news.milli.az
Turlar.az [newsid: 0-123300]

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var
Cəbrayılda şirkət işçilərinin yaşadığı tikilidə yanğın oldu