Çin Azərbaycanın rəsmi tərəfdaşı oldu - Bu əlaqələrdən gözləntilər nədir?

Çin Azərbaycanın rəsmi tərəfdaşı oldu - Bu əlaqələrdən gözləntilər nədir?"Azərbaycan və Çin münasibətləri qarşılıqlı hörmət, maraqların təmin olunması prinsipi əsasında qurulmaqdadır. Uzun illərdir ki, Azərbaycanın haqq savaşında Çin öz dəstəyini nümayiş etdirib".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Azərbaycan-Çin münasibətlərinin inkişaf etməsindən danışarkən deyib.
Çin Azərbaycanın rəsmi tərəfdaşı oldu - Bu əlaqələrdən gözləntilər nədir?Deputatın sözlərinə görə, Çin Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və həmişə ölkəmizin milli maraqlarına hörmətlə yanaşıb:
"Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, eyni zamanda Azərbaycan da Çinin ərazi bütövlüyünə həmişə hörmətlə yanaşıb, o cümlədən Çinin milli maraqlarının qorunub saxlanılmasında öz səylərini göstərib. Bütün bunlarla yanaşı, Çinin əsas iqtisadi layihələrindən biri olan "Bir kəmər, bir yol" layihəsinin tərəfdaşlarından biri kimi Azərbaycan öz öhdəliklərinə düşən bütün işləri uğurla həyata keçirib hətta digər ölkələrdən fərqli olaraq öz ərazisində mümkün kommunikasiyaların və infrastrukturun qoyulması işlərini sərmayəsi və gücü hesabına reallaşdırıb, bu da Çinin milli maraqlarına uyğun gəlir. Bu baxımdan, bu gün Azərbaycan regionda müstəqil şəkildə xarici siyasətini qurur, iqtisadi əlaqələrini gücləndirə bilir. Bu mənada, Orta dəhlizin inkişaf etdirilməsi, şaxələndirilməsi həm Azərbaycan, həm də beynəlxalq güclərin, təşkilatların maraqlarına tam uyğundur. Azərbaycanın Çinlə münasibətlərinin inkişaf etdirilməsinin çox böyük perspektivləri var".
Millət vəkili qeyd edib ki, keçmiş MDB məkanında Azərbaycan Çinlə əlaqələrini bu səviyyəyə çatdıra bilən ilk dövlətdir:
"Mən hesab edirəm ki, xüsusilə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞAT) Astanada keçirilən liderlərin zirvə görüşündə Azərbaycan və Çin prezidentlərinin bir araya gəlməsi, Çin - Azərbaycan strateji əməkdaşlıq sənədinin imzalanması çox böyük uğurdur. Keçmiş MDB məkanında Azərbaycan Çinlə əlaqələrini bu səviyyəyə çatdıra bilən ilk dövlətdir. Bir daha qeyd edirəm ki, qarşılıqlı hörmət əsasında qurulmuş bu münasibətlər nəticə etibarilə hər ölkənin maraqlarına xidmət edir. Çinin Azərbaycanı özünün strateji hesab etməsi artıq ölkəmizin yeni reallıqlar yaratmasına bariz bir nümunədir.
Düşünürəm ki, xüsusilə Qarabağ zəfərindən sonra Azərbaycanın artan nüfuzu Çinin Azərbaycana qarşı maraqlarını daha da artırıb. Uzun illərdir ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət artıq öz bəhrəsini verir. Biz bu gün əminliklə deyə bilərik ki, Azərbaycan güc mərkəzləriylə balanslaşdırılmış siyasət həyata keçirir və bütün bu münasibətlər qurularkən Azərbaycan maraqlarının qorunub saxlanılması Azərbaycan vətəndaşlarının sosial rifahının gücləndirilməsi, Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsi məsələləri əsas prioritetlər kimi önə çəkilir. Bu baxımdan, yaxın gələcəkdə Çin-Azərbaycan münasibətləri daha da inkişaf edəcək və biz növbəti onilliklərdə Azərbaycan üzərindən yükdaşıma həcmlərinin daha da artacağını, Azərbaycan məhsullarının Çin bazarlarında kifayət qədər rahat habelə daha çox şəhər və rayonlarda satışa çıxarılacağına şahidlik edəcəyik. Bir sözlə, Çin-Azərbaycan münasibətlərinin çox böyük perspektivləri var".
Azərbaycan və Çin dövlətləri arasındakı qarşılıqlı münasibətlərin tərəqqisi istiqamətində danışan politoloq Tural İsmayılov azxeber.com-a açıqlamasında deyib ki, Çin dünyanın əsas iqtisadi nəhənglərindən biri çevrilib:
Çin Azərbaycanın rəsmi tərəfdaşı oldu - Bu əlaqələrdən gözləntilər nədir?"Azərbaycanla Çinin kifayət qədər perspektivli münasibətləri mövcuddur. Biz, əvvəla, nəzərə almalıyıq ki, bu gün Çin dünyanın əsas iqtisadi nəhənglərindən biri halına gəlib və dünya coğrafiyasında baş verən hansısa siyasi dəyişikliklər, eyni zamanda, iqtisadi qərarlarda Çinin mövqeyi nəzərə alınmadan hərəkət edilmir. O baxımdan da Çinin, özəlliklə Asiya coğrafiyasındakı hegemon iqtisadi gücü, həmçinin bölgə ilə bağlı siyasi qərarların qəbul edilməsində nə qədər vacib və həlledici siyasi statusa malik olduğunu nümayiş etdirib. Azərbaycan-Çin münasibətləri həmişə qarşılıqlı hörmətə əsaslanıb. İndiyə qədər Çin Azərbaycanın ərazi bütövlüyünü, bütün beynəlxalq təşkilatlarda beynəlxalq hüququn prinsiplərindən irəli gələn formada dəstəkləyib. Azərbaycan da Çinə qarşı vahid Çin yanaşmasını qəbul edib. Yəni, Tayvan məsələsi ətrafında beynəlxalq siyasi manipulyasiyalarda heç vaxt separatçılığı dəstəkləməyib. Azərbaycan hər zaman Tayvanı Çinin bir hissəsi hesab edib. İnsan hüquqları və s. adı altında Çinin Sincan Uyğur Bölgəsindəki hadisələrin siyasiləşdirilməsinə qarşı çıxıb, bu məsələdə kifayət qədər ehtiyatlı mövqe tutub və təbii ki, bütün bu hadisələr də Çin tərəfindən yüksək qiymətləndirilib".
Politoloq əlavə edib ki, Astanada Azərbaycan Prezidentinin Çin rəhbəri ilə görüşü ölkəmizə böyük töhfələr vermiş olacaq:
Nəhayət, Astanada Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşündə cənab Prezident İlham Əliyevlə Çin rəhbəri Si Tsinpin arasındakı görüşdə strateji müttəfiqliklə bağlı birgə bəyannamənin imzalanması, Azərbaycan-Çin münasibətlərini növbəti bir mərhələyə daşımış oldu. Burada ölkələr beynəlxalq məsələlərlə bağlı öz mövqelərini aydın ifadə etdilər. Hər iki ölkənin beynəlxalq diplomatik gündəmlə bağlı oxşar mövqeləri var. Hesab edirəm ki, bütün bu siyasi əlaqələrin dərinləşməsi iqtisadi baxımdan da Azərbaycana böyük töhfə vermiş olacaq. Azərbaycan-Çin iqtisadi münasibətləri daha da inkişaf edəcək".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc edilib.
Çin Azərbaycanın rəsmi tərəfdaşı oldu - Bu əlaqələrdən gözləntilər nədir?

Siyasi       Tarix: 04 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib


son xeberler yeni xeberler azerbaycan xeberleri beynelxalq bank mezenne xeber.az son xeberler xəbər kriminal xeberler