Bir ekosistemi Money 20/20 Europe tədbirində: PashaPay və Mastercard strateji əməkdaşlığa başlayır

Bir ekosistemi Money 20/20 Europe tədbirində: PashaPay və Mastercard strateji əməkdaşlığa başlayırAmsterdam şəhərində keçirilən və dünyanın aparıcı fintex tədbirlərindən biri sayılan Money 20/20 Europe forumunda, Qafqaz regionunun ilk tam inteqrasiyalı ekosistemi olan Bir ekosisteminin fintex şirkəti PashaPay ölkəmizi təmsil edir.
azxeber.com xəbər verir ki, 3–5 iyun 2025-ci il tarixlərini əhatə edən tədbirdə PashaPay öz stendi ilə çıxış edərək Azərbaycanın innovativ rəqəmsal maliyyə həllərini beynəlxalq arenaya təqdim edir. 
Money 20/20 Europe maliyyə və texnologiya sahəsində ən nüfuzlu qlobal tədbirlərdən biridir. Burada dünyanın ən qabaqcıl fintex liderləri, innovativ startapları və iri maliyyə institutları yeni tərəfdaşlıqlar qurur, gələcək trendləri formalaşdırır və birgə innovativ layihələrə imza atırlar. 
Tədbir çərçivəsində Bir ekosisteminin beynəlxalq tərəfdaşlıq gündəliyinə uyğun olaraq mühüm bir əməkdaşlığa da imza atılıb. Belə ki, PashaPay, rəqəmsal ödəniş texnologiyaları sahəsində qlobal lider olan Mastercard ilə birlikdə ölkədə innovativ rəqəmsal maliyyə həllərinə çıxışı genişləndirmək məqsədilə Anlaşma Memorandumu imzalayıb. Əməkdaşlıq çərçivəsində tərəflər kibertəhlükəsizlik, rəqəmsal identifikasiya və fırıldaqçılıqdan qorunma texnologiyaları sahəsində birgə fəaliyyət göstərəcəklər. Bununla yanaşı, Mastercard-ın "MoneySend", "Cross-Border Send" və "Alias Directory" xidmətləri vasitəsilə beynəlxalq pul köçürmələrinə daha geniş çıxışın təmin edilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, Bir ekosisteminin əsas şirkətlərindən biri olan Kapital Bank da öz nümayəndə heyəti ilə tədbirdə iştirak edir. Belə ki, bankın liderləri tədbir zamanı aparıcı beynəlxalq banklarla təcrübə mübadiləsi aparır, qabaqcıl rəqəmsal bankçılıq və fintex trendləri ilə tanış olur, həmçinin müxtəlif vörkşoplarda iştirak edərək sektorun ən son yeniliklərini öyrənirlər.  
Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistemi Birbank, m10, MilliÖn, Umico.az, BakıKart və Trendyol Azərbaycan kimi ölkənin aparıcı brendlərini vahid çətir altında birləşdirir. PAŞA Holding tərəfindən yaradılan ekosistem 2025-ci il 7 fevralda ictimaiyyətə təqdim olunub və müştərilərin gündəlik maliyyə, alış-veriş və nəqliyyat ehtiyaclarını innovativ yanaşma ilə qarşılayaraq onlara inteqrasiya olunmuş istifadə təcrübəsi təqdim edir.

İqtisadiyyat       Tarix: 06 iyun 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeberler xeber.az 2026 hava proqnozu zelzele