Çinarə: 'Mənasız suallarınız ilə məni yormayın

Çinarə: 'Mənasız suallarınız ilə məni yormayınİyun ayının 6-da qeysəriyyə əməliyyatı ilə ana olan, lakin 7-iyunda övladını itirən aparıcı Çinarə Əliyeva daha bir paylaşım edib.
azxeber.com xəbər verir ki, o, yaxın zamanda yenidən işinə qayıdacağını açıqlayıb. 
Aparıcı daha övladı ilə bağlı sualları eşitmək istəmədiyini deyib:
"Yazdığınız mesajlarınızla mənə güc verdiniz. Məni ayağa qaldırdınız. Düzdür, içimdə nə çəkirəmsə, Allahım buna şahiddir. Ailəm yanımdadır. Belə olmağını biz özümüz də istəmirdik. Amma Allahın bildiyi bir şey var, demək ki, belə olmalı imiş. Artıq özümü ələ almalıyam, çünki qarşıda işlərimiz var. Mənə çox çətindir. Neqativ şeyləri sevmirəm. Özünüz də bilirsiniz ki, mən, Çinarə hər zaman pozitivəm, deyib, gülürəm, çalışıram ki, sizə yaxşı xəbərlər çatdırım. Allahın bir yazısı var imiş ki, bu, belə oldu. Qarşıda aparacağım məclislər var. Buna görə də özümü ələ almalıyam. Xahiş edirəm, heç kim məni qınamasın. Onsuz da bir il sonra belə işimin başına qayıtsam, yenə də bilirəm, xoş olmayan sözlər yazılacaq. Çalışın ki, mənə dəstək olun. Həqiqətən, bu aralar mənim sizin dəstəyinizə ehtiyacım var. İşimə qayıdıb, verilişlərimi çəkməliyəm. Qarşıda xına məclislərim var. İstəyirəm ki, ev yiyələrinin qarşısına pozitiv çıxım, onların məclislərini gözəl idarə edim. Bu hadisələr ürəyimdə qalsa da, çalışacağam yavaş-yavaş unudum. İnşallah, Allah məni mükafatlandırar. Hər şey gözəl olar. Sizdən ən böyük xahişim, mənə artıq suallar verməyin. Məni mənasız suallarınızla yormayın. Mənə yazıq sifətlə baxmayın. Bilirəm ki, yenə də yaxınlaşıb "Niyə belə oldu?" sualını verəcəklər. Belə suallarla yaramı təzələməyin. Məni görəndə elə edin ki, sanki belə bir şey olmayıb. Bildiyinizi bilirsiniz, məsələ ilə bağlı açıqlama da vermişəm". 
Qeyd edək ki, Çinarə plastik cərrah Ruslan Rəsulla ailəlidir. Bu Çinarənin ilk evliliyi olsa da Ruslan daha öncə ailəli olub və iki övladı var.
Aysel

Şou Biznes       Tarix: 15 iyun 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi

Müğənni Nərmin Kərimbəyova "Zəfər Günü"nə yeni layihə hazırlayıb. xəbər verir ki, sənətçi, bu dəfə "Atabarı" adlı türk xalq mahnısına müraciət edib. Sözü gedən nəğmə, türk dünyasının sevilən xalq mahnıs

Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm

Türkiyəli məşhur müğənni Serdar Ortaçın ölkənin ən yaxşı kişi pop ifaçıları ilə bağlı açıqlaması gündəm olub. Müğənni ən yaxşı pop ifaçıları siyahısında Tarkandan sonra ikinci yerdə olduğunu eşidəndə bununla razılaşmayıb

Məşhur aktyor 46 yaşında vəfat etdi

"Looney Tunes" cizgi filminin "Bugs Bunny" və "Daffy Duck" kimi məşhur personajlarını səsləndirən, "Emmy" mükafatlı aktyor Erik Bauza 46 yaşında vəfat edib. xarici mətbuata istinadə

Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib

Türkiyənin tanınmış müğənnisi Sertab Erener BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) üçün "One Home" ("Bir yuva") adlı xüsusi mahnı hazırlayıb

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Asla


son xeberler azerbaycan xeberleri yeni xeberler hava bugünkü son xəbərlər qurban bayrami 2026 krimnal xeber