Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu

Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutulduTürkiyənin İstanbul şəhərində naməlum şəxslər məşhur "Teşkilat" serialının çəkiliş meydançasına daxil olmağa cəhd edərək əməkdaşlardan pul və avtomobil tələb ediblər. Tələbləri rədd edildikdən sonra isə çəkiliş qrupunu hədələməyə başlayıblar.
azxeber.com Oxu.Az-a istinadən xəbər verir ki, özlərini yerli prodüser şirkətinin əməkdaşları kimi təqdim edən şəxslər Beykoz rayonundakı çəkiliş meydançasına daxil olmağa çalışıblar.
Lakin mühafizə xidməti onların əraziyə girməsinə icazə verməyib. Bundan sonra həmin şəxslər çəkiliş qrupunu hədələyərək pul və avtomobil tələb ediblər.
Məlum olub ki, şübhəlilər təkcə bu serialın çəkiliş meydançasını deyil, küçələrdə və ictimai yerlərdə fəaliyyət göstərən digər çəkiliş qruplarını, o cümlədən film və reklam komandalarını da hədəfə alıblar.
Daxil olan şikayətdən sonra polis araşdırmalara başlayıb. Soyğunçuluqla mübarizə şöbəsinin əməkdaşları şübhəlilərin hadisə yerinə gəldikləri avtomobilin dövlət qeydiyyat nişanı vasitəsilə onların şəxsiyyətini müəyyənləşdiriblər.
Keçirilən əməliyyat nəticəsində dörd şübhəli saxlanılıb. Türkiyə KİV-in məlumatına görə, onlar çəkiliş qruplarından hədə-qorxu yolu ilə pul və avtomobil almağa, həmçinin "küçə haqqı" (sokak hakkı) adı altında ödəniş tələb etməyə çalışıblar.

Şou Biznes       Tarix: 12 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

35 yaşlı müğənni xərçəngdən öldü

Amerikalı müğənni Nikol Teylor vəfat edib. O 35 yaşında dünyasını dəyişib. Ona ilk dəfə 2022-ci ildə xərçəng diaqnozu qoyulub. Nikol Teylorun üçüncü mərhələli süd vəzi xərçəngindən əziyyət çəkdiyi bildirilib. Yaxşı müalic

Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb

Mədəniyyət Nazirliyi Zaur Rzayevin ölümü ilə bağlı nekroloq yayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli müğənni, Azərbaycan Respublikasının Xalq artisti Zaur Rzaye

Ömürlük həbs hökmünün detalları açıqlandı

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Yalova Ağır Cinayətlər Məhkəməsini

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Məşhur müğənni toy tarixini açıqladı

Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib

Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar

Türkiyəli mərhum müğənni "Güllü"nün (Gül Tut) qızı Tuğyan Ülkəm Gülterin tibb bacısı işlədiyi dövrdə xəstələrə qarşı davranışı ilə bağlı ciddi iddialar irəli sürülüb. Yalovada baş verən hadisələrlə əlaqədar məhkəm

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd


azerbaycan xeberleri son xeberler yeni xeberler beynelxalq bank mezenne bu gunun xeberleri haqqinda melumat sonxeberler sonxeber.az