Çingiz Əlləzov erməni idmançıya qalib gəldi
Azərbaycan və Belarusu təmsil edən kikboksinq üzrə "One Championship" Dünya "Qran-pri"sinin qalibi və yüngül çəkidə mütləq çempion Çingiz Əlləzov "ONE Fight Night 13"də növbəti qələbəsini qazanıb.
KONKRET.az-ın məlumatına görə, 30 yaşlı döyüşçü Taylandın paytaxtı Banqkokda ermənistanlı Marat Qriqoryana qalib gəlib.
Əlləzov kəməri müdafiə döyüşündə 5 raundluq mübarizənin sonunda qalib elan olunaraq, rəqibindən 2013-cü ildəki məğlubiyyətin əvəzini çıxıb.
Qeyd edək ki, Çingiz Əlləzov 2023-cü ilin yanvarında dünyanın ən məşhur kikboksinq təşkilatı "One Championship"in çempionu olub. O, "ONE Fight Night-6" turniri çərçivəsində yüngül çəkidə keçmiş çempion, Tayland döyüşçüsü Superbon Sinqh üzərində qələbə qazanıb.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi