Çinin bəzi şəhərlərində COVID-19-a görə obyektlər bağlanır

Çinin bəzi şəhərlərində COVID-19-a görə obyektlər bağlanırPekin və Şanxayın bəzi hissələrinin sakinləri kütləvi şəkildə COVID-19 testləri verməyə davam edirlər, Honkonq və Makao isə xəstəliyin yeni dalğası ilə üzləşib.
KONKRET.az xəbər verir ki, şəhər səhiyyə komissiyasının məlumatına görə, Şanxayda epidemiyanın yeni dalğası işçilərin və müştərilərin təhlükəsizlik tədbirlərinə əməl etmədikləri karaoke barın fəaliyyəti ilə bağlıdır. Bununla əlaqədar olaraq, bütün oxşar müəssisələr müvəqqəti olaraq bağlanacaq və sakinlər yenidən kütləvi şəkildə koronavirus testlərindən keçmək məcburiyyətində qalacaqlar. Şəhər hələ bu yaxınlarda milyonlarla sakinin bir neçə həftə evlərini tərk edə bilmədiyi sərt lokdauna son vermişdi.
İyunun ortalarında "Heaven Supermarket" gecə klubu ilə əlaqəli 228 yeni yoluxma aşkar edildikdən sonra Pekində kütləvi sınaqlar davam edir. Həmçinin çoxlu sayda xarici vətəndaşın yaşadığı Şunyi rayonunda ən azı bir yaşayış kompleksi karantin üçün bağlı qalır. Kompleks polad hasarla əhatə olunub və sakinlərin ərazini tərk etmələrinə icazə verilmir.
Sian şəhərində restoranların yalnız yemək üçün fəaliyyət göstərməsinə icazə veriləcək və ictimai əyləncə yerləri ən azı bir həftə bağlanacaq. Eyni zamanda supermarketlər, ofislər və ictimai nəqliyyat adi rejimdə fəaliyyətini davam etdirəcək. Digər şəhərlərdə olduğu kimi, Sian şəhərində də xəstəliyə qarşı kütləvi testlər davam etdiriləcək.
Makaoda eyniadlı yarımadanın ən hündür binası olan "Grand Lisboa Hotel" koronavirus halları aşkar edildikdən sonra karantinə alınıb. Həmçinin 650 minə yaxın insanın yaşadığı bir neçə yaşayış və ticarət mərkəzi "qırmızı zona" kimi müəyyən edilib. Hakimiyyət adanın əsas gəlir mənbəyi olan kazinolar istisna olmaqla, Makaonun əksər müəssisələrinin bağlanması barədə göstəriş verib. Həmçinin bu həftə adanın bütün sakinləri koronavirus üçün üç testdən keçməli olacaqlar.
Bu epidemiya Makaoda pandemiyanın başlanmasından bəri ən böyüyüdür. İyunun ortalarından bəri adada 900-dən çox koronavirusa yoluxma halı aşkar edilib.//Oxu.az

Hadisə       Tarix: 07 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

Xankəndidə 24 yaşlı gəncin üzərindən narkotik vasitə aşkarlanıb. -a istinadən xəbər verir ki, 24 yaşlı Sahib Rzayev (şərti) Xankəndi şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılan yoxlama zaman

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb. trend- ə istinadən xəbər verir ki, qəza rayonun Arazbar kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdl

Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza şəhərin M.Maqomayev prospektində olub. Belə ki, "Hyundai" və "Chevrolet" markalı avtomobillər toqquşub. Qəza zamanı 2010-c

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılo

Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü

Neftçala rayonunda bədbəxt hadisə baş verib. KONKRET.azxəbər verir ki, hadisə rayonun Pirətəvan adlanan ərazisində qeydə alınıb. İlkin məlumata görə, rayonun Həsənabad qəsəbə sakini, 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkə

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı əlavə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emil" və MMA döyüşçüsü kimi tanınan Elnar adlı şəxslər olduğ


azerbaycan xeberleri yeni xeberler son xeberler cebheden xeber xabar az cəbhədən ən son xəbərlər enson xeberler